Birisi əlində bir yumurta gizlədərək Molladan soruşur:
– Molla, əyər bilsən əlimdəki nədi, bu saat sındırıb, salıb yağa,
qayğanaq eləyib verərəm sənə.
Molla bir az fikirləşəndən sonra soruşur:
– De görüm rəngi necədi?
– İçi sarıdı, bayırı ağ.
Molla bir az da fikirləşəndən sonra deyir:
– Aha, tapdım! Turpu dəlib içinə zəfəran töküblər.
Top