Tapılan ümumi test sayı : 129

Biri fasilitasiya qaydalarına aid deyil:
A) Fəaliyyətin stimullaşdırılması
B) Məlumatla təminetmə
C) Motivasiyanın düzgün qurulması
D) Təşkilati dəstək
E) Psixoloji dəstək
Summativ qiymətləndirmə hansı məqsədlə aparılır?
A) Fənn üzrə təlimin hər hansı bir mərhələsində şagirdlərin ilkin bilik və bacarıq səviyyəsini qiymətləndirmək məqsədi ilə.
B) Buraxılış siniflərində təhsil səviyyələrinin sonunda yekun attestasiya aparmaq məqsədi ilə.
C) Bəhs və ya bölmənin, yarımilin və tədris ilinin sonunda şagirdin nailiyyət səviyyəsini qiymətləndirmək məqsədi ilə
D) Dərsin sonunda şagirdlərin bilik və bacarıq səviyyəsini qiymətləndirmək məqsədi ilə.
E) Şagirdlərin olimpiadaya hazırlıq səviyyəsini üzə çıxarmaq məqsədi ilə
Məktəbdaxili qiymətləndirmənin növləri:
A) Formativ, şifahi, praktik
B) Diaqnostik, formativ, illik
C) Yarımillik, illik, summativ
D) Diaqnostik, formativ, summativ
E) Yarımillik, illik, diaqnostik
Diaqnostik qiymətləndirmə hansı mərhələdə aparılır?
A) Dərs ilinin, bölmənin tədrisinin əvvəlində, həmçinin zəruri vəziyyət yarandıqda (şagird yeni məktəbə keçdikdə və s.).
B) Təhsil səviyyələrini başa vurarkən.
C) Hər ayın əvvəlində.
D) Tədris ilinin sonunda.
E) Bölmə və bəhslərin, yarımilin sonunda.
Refleksiya mərhələsi nəyə xidmət edir?
A) Şagirdlərin tədqiqat fəaliyyətinin əsas mərhələlərini dərk etməyə
B) Tədqiqatın nəticələrini müzakirə etməyə
C) Əldə olunmuş biliklərin müzakirəsinə
D) Yalnız müəllimin söylədiklərini yadda saxlamağa
E) Şagirdlərin nailiyyətlərinin nəticəsini müzakirə etməyə
Təqdim edilmiş qaydalardan biri iş vərəqlərinə verilən tələblərə uyğun deyil:
A) Şagirdlərin səviyyəsinə uyğun olmalıdır.
B) Coxlu tapşırıqlar əks olunmalıdır.
C) Dərsin məqsədinə uyğun olmalıdır.
D) Tapşırıqların çətinlik dərəcəsi eyni olmalıdır.
E) Cəlbedici məzmunu və tərtibatı olmalıdır.
Variantlardan biri fəal (interaktiv) təlimin xüsusiyyəti deyil:
A) Dialoji təlimə üstünlük verilməsi.
B) Hazır halda əldə edilən biliklərin möhkəmləndirilməsi yolu ilə mənimsənilməsi
C) Problemin həlli prosesində biliklərin müstəqil şəkildə əldə edilməsi və mənimsənilməsi
D) Yeni biliklərin tədqiqat prosesində dərk edilməsi.
E) Təfəkkürə əsaslanması.
Problem situasiyanın yaradılması zamanı buraxılan səhvi göstərin:
A) Problemin həlli müxtəlif fərziyyələr yaradır.
B) Hər bir şagirdin bilik və təcrübəsindən istifadə etməklə problemin həlli yollarını tapmağa xidmət edir
C) Müəllim şagirdin qarşısına onun səviyyəsi üçün çox çətin problem qoyur.
D) Problem düşündürücüdür, müxtəlif fikirlər yaradır.
E) Qoyulan problemdə ziddiyyəti həll etmək tələb olunur
Perspektiv planlaşdırmaya aiddir:
A) Tədris vahidlərinin və mövzuların ardıcıllığını müəyyənləşdirmək
B) Hər bir dərsdə reallaşdırılacaq alt-standartlara uyğun təlim nəticələrini müəyyənləşdirmək.
C) Tapşırıqları dərsin təlim nəticələri ilə uyğunlaşdırmaq.
D) Dərsin icmalını hazırlamaq.
E) İş vərəqləri hazırlamaq.
Pedaqoji texnologiya:
A) Pedaqoji prosesə texnoloji proses kimi yanaşılması, son nəticəyə nailolma əməliyyatlarının ardıcıllığı
B) Düzgün cavab yoxdur.
C) Öyrənilən elm sahəsində ideyalar məcmusu.
D) Tərbiyə məsələlərinə nəzəri yanaşmaların məcmusu.
E) Bütün cavablar doğrudur.
Müəllimin vəzifələrinə aid deyil:
A) Təhsilalanlarda fəal vətəndaş mövqeyi formalaşdırmaq.
B) Dərslik və dərs vəsaitləri hazırlamaq.
C) Təhsil sahəsində dövlət siyasətinin həyata keçirilməsində iştirak etmək
D) Şagirdlərin təlim nailiyyətlərini qiymətləndirmək.
E) Pedaqoji etika və əxlaq normalarına riayət etmək.
Bilik kateqoriyasına aid olanı seçin.
A) Deklarativ
B) Ünsiyyət
C) Psixomotor
D) İdraki
E) Emosional-affektiv
Aşağıdakılardan biri kurikulumun əsas xüsusiyyətlərinə aiddir:
A) Bilikyönümlüdür.
B) Müəllimyönümlüdür.
C) Qiymətləndirmə standartları və mexanizmləri müəyyən edilmişdir
D) Fəndaxili və fənlərarası əlaqə məqsədyönlü və sistemli xarakter daşımır.
E) Təklifyönümlüdür.
“Şəxsiyyətyönümlülük” dedikdə kurikulumda nə nəzərdə tutulur?
A) Еnsiklopedik biliyə malik insanın yetişdirilməsi.
B) Təhsilin məzmun komponentlərinin bir-biri ilə sistemli şəkildə əlaqələndirilməsi.
C) Nəzərdə tutulan təlim nailiyyətlərinin nəticələr formasında əvvəlcədən müəyyənləşdirilməsi.
D) Təhsilalanın idraki, ünsiyyət və psixomotor fəaliyyətləri əsasında həyati bacarıqlarını inkişaf etdirməklə milli və bəşəri dəyərlərin formalaşdırlması
E) Fərdin, cəmiyyətin və dövlətin dəyişən ehtiyac və tələbatlarının nəzərə alınması
Fənn kurikulumuna aid deyil:
A) Ümumi təhsilin məzmunu
B) Məzmun xətləri
C) Fənn üzrə ümumi təlim nəticələri
D) Məzmun standartlarına verilən şərhlər
E) Şagird nailiyyətlərinin qiymətləndirilməsi
İnteqrasiyanın neçə səviyyəsi var?
A) 3
B) 5
C) 2
D) 4
Aşağıdakılardan biri summativ qiymətləndirilmənin nəticələrinin təhlilinə aid deyil.
A) Bir qrupun nəticəsinin oxşar şəraitli digər qrupun nəticəsi ilə müqayisəsi.
B) Yeni qərarların qəbul edilməsində şagird nailiyyətlərinin nəzərə alınması.
C) Zaman baxımından bir qrupun nailiyyət keyfiyyətində dəyişikliklərin baş verməsi.
D) Şagirdlərin əməkdaşlıq bacarığının müəyyənləşdirilməsi.
Aşağıdakılardan biri qiymətləndirmə standartlarının fəaliyyət komponentinə aid deyil.
A) Kəmiyyət
B) Keyfiyyət
C) Vaxt
D) Məzmun
Aşağıdakılardan hansı qiymətləndirmə standartlarına aid deyil?
A) Məzmun standartlarının reallaşma səviyyəsini, şagirdlərin inkişafındakı dəyişiklikləri müəyyən edir.
B) Təhsilin müəyyən mərhələsində şagirdlərin nailiyyət səviyyəsinə qoyulan dövlət tələbidir.
C) Siniflər üzrə şagirdlərin yiyələnəcəkləri bilik və bacarıqlar əks olunur.
D) Təhsilin hər hansı bir mərhələsində müəyyən olunmuş səviyyələr üzrə şagirdin yiyələnməli olduğu bilik və bacarıqların kəmiyyət və keyfiyyət göstəricisidir
Summativ qiymətləndirmədə istifadə olunan metod və vasitələr hansılardır?
A) müsahibə, söhbət, müşahidə, tapşırıqlar, valideynlərlə və digər fənn müəllimlərilə əməkdaşlıq.
B) tapşırıqlar, valideynlərlə və digər fənn müəllimlərilə əməkdaşlıq, müşahidə.
C) şifahi təqdimat, testlər, nailiyyətlərin nümayişi.
D) müşahidə, şagirdlərin şifahi cavabları, şagirdlərin yazı işlərinin təhlili, test tapşırıqlarının nəticələri.
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top