Tapılan ümumi test sayı : 156

Hansı fikir “Hara getsə, əlimdən qurtarmayacaq” və “Nə qədər dil tökürsə, xeyri yoxdur” cümlələrinin hər ikisinə aid edilə bilər?
A) Tərkibindəki cümlələr genişdir.
B) Tabelilik bağlayıcısı ilə bağlanmışdır
C) Bütün xəbərləri frazeoloji birləşmə ilə ifadə olunmuşdur
D) Baş cümlələri budaq cümlədən əvvəl işlənmişdir.
E) Qarşılıq-güzəşt budaq cümləli tabeli mürəkkəb cümlədir
Biri tabesiz mürəkkəb cümlələrin tərkib hissələri arasında işlənən məna əlaqələrinə aid deyil:
A) bölüşdürmə
B) səbəb-nəticə
C) iştirak
D) aydınlaşdırma
E) zaman
Feli birləşmələrin əsas tərəfi nə ilə ifadə olunur?
A) idi, imiş, isə hissəcikləri ilə
B) felin təsriflənən formaları ilə
C) təsriflənməyən fellər ilə
D) felin xəbər şəkli ilə
E) felin arzu və şərt şəkilləri ilə
Qeyri-müəyyən yiyəlik halda olan isim işlənən cümləni tapın:
A) Yaşamaq arzusu o qədər güclü idi ki, Sabirin qarşısını heç nə ala bilməzdi.
B) Uşaqlarını birdən-birə elə arzuladı ki, gözləri yaşardı
C) Axşam möhkəm yağış yağdığı üçün məhəllənin küçələri palçıq və su gölməçələri ilə dolmuşdu.
D) Ələmdar da həmin yaşlı kişi kimi səkidən çıxmağa məcbur oldu
E) Komandiri razı salıb qaranlığın daha da qatılaşmasını gözlədi.
Hansı cümlədə frazeoloji birləşmə “aldatmaq” mənasını verir?
A) Dəyirman bildiyini eylər, çax-çax baş aparar
B) Son vaxtlar ondan gözüm su içmir
C) Yenə kimin gözünə kül üfürürsən?
D) Məsmə qaşqabağını sallayıb oturmuşdu.
E) Özünü ələ salırsan, ya məni?
Hansı cümlədə “o” əvəzliyindən sonra vergül qoyulmamalıdır?
A) O, deyəsən, məni başa düşmədi.
B) O, bu qaçışıyla özündən qaçır
C) O, ömür yolunu azıb, çaşdırıb.
D) O, yenə də yem gətirmək üçün yuvasından aralandı
E) O, nağılı bir vaxt Canəli müəllimə Gülrux arvad danışmışdı.
Bu cümlələrdən birinin xəbəri III şəxsin təkində olur
A) adlıq cümlə
B) söz-cümlə
C) qeyri-müəyyən şəxsli cümlə
D) ümumi şəxsli cümlə
E) şəxssiz cümlə
Ara sözün işləndiyi cümləni göstərin:
A) Güman gələn yerləri ələk-vələk etdilər
B) Hər dilinə gələn sözü deməli deyilsən
C) Yəqin etdim ki, sən düz demirsən
D) Sənin dediklərin tamamilə düzdür.
E) Düzdür, sənin dediklərinlə mən də razıyam
Həmcins təyinli cümləni göstərin:
A) Qaraxanın gözəl, uca qaməti dərddən əyilmişdi.
B) Əksinə, çox aydın və sərrast düşünürdü
C) Yox, sən də haqlısan, ey gizli dərdim, Qərəzli, qərəzsiz tələblərinlə
D) Mərmər ağdır, qəm qara.
E) O, atasının tanış və doğma sifətinə baxaraq, yavaş- yavaş qapıya doğru yeridi.
“Əsəbiləşmək” sözünün frazeoloji birləşmə ilə ifadə olunmuş sinonimləri hansı sıradadır
A) hirslənmək, qəzəblənmək, hirsi başına vurmaq
B) cin atına minmək, özündən çıxmaq, zəncir çeynəmək
C) ağzına çullu dovşan sığmamaq, gözü düşmək, gözünün odunu almaq
D) dəridən-qabıqdan çıxmaq, canını oda yaxmaq, dərdə düşmək
E) ürəyi istəmək, könlündən keçmək, ürəyi getmək
Tabeli mürəkkəb cümlələrdən birinin budaq cümləsi qeyri-müəyyən şəxsli cümlədir
A) Mənə deyirlər ki, bu il yay çox isti keçəcək.
B) Yazın əvvəli idi ki, Həmid təzə mənzilə köçdü.
C) Bu qılınc olmasa yeyərlər məni (S.Vurğun)
D) Ona elə gəldi ki, indicə adını çəkəcəklər
E) Mən evə təzəcə çatmışdım ki, qapını döydülər
“Yarıq, yaralı, yarğan” sözləri haqqında doğru fikirləri seçin: 1.“yar”felindən yaranmış eyniköklü sözlərdir 2.Sözlərin kökü isimlə omonimdir 3.Sözlərin üçü də feldən düzəlmişdir 4.Sözlər morfoloji üsulla yaranmışdır 5.Sözlərin üçü də ┌┐^ sxeminə uyğundur
A) 1, 4
B) 1, 3, 4
C) 1, 2, 4
D) 3, 5
E) 2, 4, 5
Rəsmi sənədlərin dili üçün səciyyəvi hesab oluna bilməz.
A) geniş izah və analitik şərhdən istifadə
B) fikrin birmənalılığı
C) fikrin yığcamlığı
D) fikrin hüquqi azadlığı
E) arxaik leksikanın mühafizəsi
Mürəkkəb adlardan hansıların birinci tərəfi dırnaq içində yazılmalıdır? 1. İstiqlal ordeni 4. Şəhidlər xiyabanı 2. Müəllim qəzeti 5. Abşeron romanı 3. Milli Ordu 6. Koroğlu operası
A) 1, 3, 5, 6
B) 2, 3, 4
C) 1, 2, 5, 6
D) 2, 4, 5, 6
E) 1, 3, 5
“Sizin sənədlər yoxlananda mən də orada idim” – cümləsində təsriflənməyən felin morfoloji təhlili ilə bağlı səhvi göstərin:
A) təsdiqdədir
B) təsirsizdir
C) quruluşca düzəltmədir
D) feli bağlamadır
E) sözdə iki leksik, bir qrammatik şəkilçi işlənmişdir
Bu iki əməli yazı nümunəsinin başlanğıcı, demək olar ki, eynidir. 1. arayış 3. protokol 5. akt 2. izahat 4. ərizə
A) 1, 4
B) 2, 3
C) 4, 5
D) 2, 4
E) 3, 5
Hansı cümlə mübtəda, tamamlıq, xəbər sxeminə uyğundur?
A) Lalə məktubun kimə aid olduğunu bilmirdi.
B) Şirin yalandan acı həqiqət yaxşıdır
C) Şərəfli əmək insanı ucaldar.
D) Düzdür, Nazim, sən haqlısan!
E) Düzlük hər zaman qızıldan qiymətli hesab olunur.
Mürəkkəb xitab hansıdır?
A) Dinmə, danışma, yat, bala, Sən deyən olmayıb hələ
B) Ey daşlaşan, torpaqlaşan ulu babam!
C) Könlüm quşu qanad çalmaz sənsiz bir an, Azərbaycan!
D) Ancaq ürəyimdə deyirəm yenə: “Ay ürək, buna da gərək mən dözüm....”
E) Gülüm, heyif sənə, heyiflər mənə, Qoruya bilmədim məhəbbətimi...
Məntiqi ardıcıllığı tamamlayın. Xülasə, deməli, müxtəsər….
A) yəqin
B) qısası
C) heyif
D) deyəsən
E) bəlkə
Qoca Deməli bütün bunların heç bir əhəmiyyəti yox imiş dedi bütün səylərimiz əbəs imiş – vasitəsiz nitqdə buraxılmış durğu işarələrinin düzgün ardıcıllığı hansı bənddədir?
A) qoşa nöqtə, dırnaq, vergül, vergül, tire, vergül, tire, dırnaq
B) qoşa nöqtə, vergül, vergül, tire, vergül
C) qoşa nöqtə, dırnaq, vergül, vergül, dırnaq
D) qoşa nöqtə, vergül, tire, vergül, dırnaq
E) vergül, vergül, dırnaq, tire, vergül, dırnaq
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top