Tapılan ümumi test sayı : 115

1. nuklein turşusuna malik olmaq 2. zülal sintez etmək 3. zülala malik olmaq 4. hüceyrə orqanoidlərinə malik olmaq Göstərilənlərdən hansı bütün bakteriya, virus və ibtidai orqanizmlər üçün xarakterikdir?
A) 1, 3
B) 1, 2, 3
C) 1, 2, 3, 4
D) 2, 3
Müasir hüceyrə nəzəriyyəsinin 4-cü müddəası göstərilən canlılardan hansına aid edilə bilməz?
A) ali heyvanlara
B) papaqlı göbələklərə
C) şibyələrə
D) bakteriyalara
E) ali bitkilərə
Əgər DNT molekulunda olan bütün adenin nukleotidlərin-x ilə, quanın nukleotidlərini isə -y ilə işarə etsək, onda bu molekulda olan bütün nukleotidlərin cəmini necə hesablamaq olar?
A) x+2y
B) 2x+3y
C) 2(x+y)
D) 2x+y
E) x+y
Refleks qövsünün keçdiyi yolun ardıcıllığı hansı cavabda düzgün göstərilmişdir? 1. Hərəki sirir lifi 2. Hissi sinir lifi 3. İşçi orqan 4. Reseptor 5. Mərkəzi sinir sistemi
A) 4, 1, 5, 3, 2
B) 1, 3, 5, 4, 2
C) 3, 5, 1, 2, 4
D) 2, 4, 1, 3, 5
E) 4, 2, 5, 1, 3
Həm prokariotlar, həm də eukariotlar üçün səciyyəvi olan:
A) plastidlər, sentriollar
B) DNT, ribosomlar
C) sentriollar, formalaşmış nüvə
D) mitoxondrilər, formalaşmış nüvə
E) RNT, mitoxondrilər
Ev milçəyinin yönəldici cisimciyinin xromosom sayı 6-dır. Bu orqanizmin cinsiyyət hüceyrəsində meyozun ikinci bölünməsinin anafaza mərhələsinin sonunda neçə xromosom,neçə xro matid olur?
A) 24 xromosom, 24 xromatid
B) 12 xromosom, 24 xromatid
C) 6 xromosom,12 xromatid
D) 6 xromosom, 6 xromatid
E) 12 xromosom, 12 xromatid
Şibyənin bədəni hansı canlılardan təşkil olunmuşdur?
A) plaun və qatırquyruğundan
B) mukor və penisildən
C) göbələk və yosundan
D) mamır rvə qıcıdan
E) yalnız psilofitdən
Yarpaq saplağı olmayan bitkilərin sırasını göstərin:
A) əncir, alma, albalı
B) üzüm, alma, aqava
C) tut, gavalı, ərik
D) aloya, aqava, kətan
E) arpa, buğda, əncir
İnsan genetikasını öyrənən hansı üsulun əsasında nəsil şəcərəsinin öyrənilməsi durur?
A) biokimyəvi
B) genealoji
C) ekizlik
D) sitogenetik
E) hibridoloji
Hansı azotlu əsasların kütlələri cəmi daha azdır?
A) adenin+timin
B) quanin +sitozin
C) quanin+timin
D) sitozin+adenin
E) sitozin+timin
Hər hansı populyasiya üçün mülahizələrdən hansı doğrudur?
A) fərdləri həmin növün bir populyasiyasından digərinə keçə bilər
B) fərdləri bir-biriləri ilə sərbəst çarpazlaşa bilmirlər
C) həmin populyasiyanın bütün fərdlərində genlər eynidir
D) müxtəlif növlərin fərdlərindən təşkil olunub
E) fərdləri arasında yaşamaq uğrunda mübarizə getmir
Aşağıda verilən orqanizmlərin hansına hüceyrə nəzəriyyəsini tətbiq etmək olmaz?
A) bakteriofaqlara
B) göy-yaşıl yosunlara
C) göbələklərə
D) bakteriyalara
E) bitkilərə
Əgər orqanizmdə hemoqlobin zülalının əmələ gəlməsi dayansaydı,ilk növbədə nə baş verərdi?
A) ribosomların funksiyası pozulardı
B) zülalın inşaat funksiyası pozulardı
C) lizasomun funksiyaları pozulardı
D) orqan və toxumalarda oksigen çatışmazlığı baş verərdi
E) zülalın siqnal funksiyası pozulardı
Heyvanların sistematik qruplarının düzgün ardıcıllığını göstərin:
A) şöbə, sinif, sıra, fəsilə ,cins, növ
B) sinif, sıra, şöbə, fəsilə, cins, növ
C) şöbə, sinif, dəstə, fəsilə, cins, növ
D) növ, cins, dəstə, fəsilə, sinif, tip
E) tip, sinif, dəstə, fəsilə, cins, növ
İnsanın qan-damar sistemində taylı qapaqlar zədələnərsə, nə baş verər?
A) qan ürəyin mədəciklərindən geriyə-qulaqcıqlara axar
B) qan qulaqcıqlardan geriyə –venalara axar
C) qan ağciyər arteriyasından, geriyə- mədəciyə axar
D) venalarda qan əks istiqamətdə hərəkət edər
E) qan aortadan geriyə-mədəciyə axar
İnsanda ətrafların skelet əzələləri hansı qru plara bölünür?
A) bükücü və sıxıcı
B) qaldırıcı və endirici
C) açıcı və dartıcı
D) dartıcı və sıxıcı
E) bükücü və açıcı
İnsanda asqırma və öskürmə mərkəzləri baş beynin hansı şöbəsində yerləşir?
A) ara beyində
B) beyin yarımkürələrində
C) orta beyində
D) beyincikdə
E) uzunsov beyində
Əgər 14 yaşlı insanın üst çənəsindəki köpək dişləri çıxardılarsa, 24-25 yaşlarında onun normada neçə dişi olar?
A) 22
B) 20
C) 26
D) 28
E) 30
Qurbağaların arxa bağırsağı bilavasitə hara açılır?
A) qana
B) kloakaya
C) xarici mühitə
D) dəri altına
E) bədən boşluğuna
Hansı həşəratın inkişafı natamam çevrilmə ilə gedir?
A) ipəkqurdunun
B) peyin böcəyinin
C) çəyirtkənin
D) birənin
E) qarışqanın
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top