Tapılan ümumi test sayı : 114

Qədim Yunan mədəniyyətinə aiddir: 1. “Diskatan” heykəli 2. “Odisseya” dastanı 3. Lukretsinin təlimi 4. İlk Olimpiya oyunları 5. Panteon məbədi
A) 3,4,5
B) 1,2,4
C) 2,3,5
D) 1,3,4
E) 2,4,5
Böyük coğrafi kəşflər dövrünə aiddir:
A) Yüzillik müharibənin başlanması
B) Uot Tayler üsyanı
C) Fransada ilk Baş ştatların çağırılması
D) Vasko da Qamanın ekspedisiyasının Hindistana daxil olması
E) Kordova xilafətinin parçalanması
XVII əsrin ikinci yarısı Səfəvi dövlətinin tarixinə aiddir:
A) Peterburq müqaviləsinin imzalanması
B) Şah Süleymanın Rusiya ilə müqavilə imzalaması
C) Osmanlı imperiyasının hücumuna məruz qalması
D) Dərbənddən Gilana qədər olan ərazilərin osmanlılar tərəfindən tutulması
E) Kirmanşahda osmanlılarla sülh müqaviləsi imzalanması
Azərbaycanın XVIII əsrin 90-cı illərinin ikinci yarısı tarixinə aiddir:
A) ölkəmizin cənub bölgələrinə osmanlı qoşunlarının daxil olması
B) ölkəmizin şimal torpaqlarından Rusiya qoşunlarının çıxarılması
C) general Qulyakovun başçılığı ilə rus qoşunlarının Cara hücum etməsi
D) bir sıra xanların Rusiya ilə Georgiyevsk müqaviləsini imzalaması
E) Məhəmməd Həsən xan Qacarın ölkəmizin şimal bölgəsinə yürüşü
Şimali Azərbaycanda 1847-ci il “Kəndli əsasnamələri”nin 1865-ci il kənd cəmiyyətləri haqqındakı qanundan fərqi:
A) təhkimçilik hüququnun möhkəmləndirilməsi
B) vahid kənd idarəsinin yaradılması
C) bəylərin kəndlilər üzərində polis-məhkəmə hüququnun təsdiq edilməsi
D) bəylərin kənddə inzibati-məhkəmə işlərindən uzaqlaşdırılması
E) natural vergilərin pul vergisi ilə əvəz edilməsi
Xronoloji ardıcıllığı müəyyən edin: 1. Frank dövlətinin yaranması 2. Katalaun döyüşü 3. Birinci Göytürk dövlətinin yaranması 4. Ərəb dövlətinin yaranması
A) 2, 1, 3, 4
B) 2, 4, 1, 3
C) 1, 3, 4, 2
D) 4, 3, 1, 2
E) 1, 3, 2, 4
Hülakü xanın hakimiyyəti dövrünə aid deyil:
A) Azərbaycan ərazisində monqolların güclü hərbi dəstələrinin məskən salması
B) dövlətin ilk paytaxtının Marağa olması
C) Qızıl Ordu ilə mübarizə aparılması
D) ali hakimiyyət orqanlarının yerli feodallar arasında bölünməsi
E) Hülakü dövlətinin öz qüdrət və vahidliyini qoruyub saxlaması
Azərbaycan Respublikasının Konstitusiyasına əsasən Milli Məclis təyin edir: 1. Azərbaycan Respublikası Mərkəzi Bankının sədrini 2. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimlərini 3. Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimlərini 4. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin ali komanda heyətini
A) 1, 2
B) 1, 4
C) 2, 3
D) 3, 4
E) 1, 3
Uyğunluq pozulmuşdur:
A) Sünik knyazlığını alban hökmdarının idarəçiliyinə vermişdir – ərəb xəlifəsi Müaviyə
B) Kadisiyyə döyüşündəki şücaətinə görə mükafatlandırılmışdır – Albaniya dövlətinin hökmdarı Cavanşir
C) Aquen kilsə məclisini çağırmışdır – III Mömin Vaçaqan
D) Xəzər xaqanı ilə sülh müqaviləsi imzalamışdır – Alban hökmdarı Cavanşir
E) birinci Bələncər döyüşündə xəzərlər qalib gəlmişdir – Ərəb xilafətinin qoşunlarına
Salarilər dövlətinə aid xüsusiyyətləri müəyyən edin: 1. Şirvanşahlar dövlətinin tabe edilməsi 2. Xəzər dənizində ticarət gəmilərinin üzməyə başlaması 3. Ərdəbilin paytaxt şəhəri olması 4. Azərbaycanın ilk dəfə vahid dövlətdə birləşdirilməsi 5. Müəyyən müddət Yusif ibn Əbu Sac tərəfindən idarə edilməsi
A) 1, 2, 4
B) 2, 3, 5
C) 1, 2, 3
D) 3, 4, 5
E) 1, 4, 5
Daha əvvəl olmuşdur:
A) II Sarqonun Mannaya böyük yürüşü
B) Mannanın Midiya dövlətinin tərkibinə daxil edilməsi
C) Qavqamela döyüşü
D) Azərbaycan ərazisindəki İskit padşahlığının süqutu
E) İranzunun Manna vilayətlərini mərkəzi hakimiyyətə tabe etməsi
Qədim Çində Sin sülaləsinin hakimiyyəti dövrünə aid olan xüsusiyyət:
A) ölkənin dünya ticarət yolları sisteminə qoşulması
B) “Sarısarıqlılar” üsyanının başlanması
C) Çin tarixində ilk dövlətin yaradılması
D) bütün ölkə ərazisinin vahid dövlətdə birləşdirilməsi
E) təsərrüfat işlərində ilk dəfə qul əməyindən istifadə edilməsi
Zaqafqaziya (Cənubi Qafqaz) Seyminin mövcudluğu dövrünə uyğun gəlir: 1. AXC-nin yaradılması barədə “İstiqlal Bəyannaməsi”nin qəbul edilməsi 2. Cənubi Qafqaz müstəqil federativ respublikasının yaradılması 3. ABŞ-ın birinci dünya müharibəsinə qoşulması 4. Osmanlı dövlətinin birinci dünya müharibəsindən çıxması 5. Bolşevik-daşnak qüvvələrinin Bakıda mart soyqırımını həyata keçirməsi
A) 1, 4
B) 2, 3
C) 1, 5
D) 3, 4
E) 2, 5
Rusiya tərəfindən sonuncu işğal edilmiş xanlıq:
A) Lənkəran
B) Qarabağ
C) Naxçıvan
D) Şamaxı
E) İrəvan
Ağqoyunluların XV əsrin 60-cı illərinin ikinci yarısı tarixi üçün səciyyəvi idi:
A) Şərqi Gürcüstanın tabe edilməsi
B) Yassıçəmən sülh müqaviləsinin imzalanması
C) Dövlətin iki hissəyə parçalanması
D) Təbrizin dövlətin paytaxtına çevrilməsi
E) Venetsiya ilə hərbi ittifaqın bağlanması
Eyni ildə yaranmışdır: 1. Pakistan İslam Respublikası 2. Almaniya Federativ Respublikası 3. Çin Xalq Respublikası 4. Koreya Xalq Demokratik Respublikası
A) 3, 4
B) 1, 3
C) 2, 3
D) 1, 4
E) 2, 4
Ş.M. Xiyabani və S.C. Pişəvərinin fəaliyyətinə aid oxşar cəhət:
A) Cənubi Azərbaycana muxtariyyət verilməsi tələbini irəli sürmələri
B) “Təcəddüd” qəzetini nəşr etdirmələri
C) Təbrizdə pulsuz qız məktəbi təsis etmələri
D) Azərbaycanın adını Azadıstana dəyişdirmələri
E) İctimai İdarə Heyətinə başçılıq etmələri
Azərbaycan Xalq Cümhuriyyəti və Azərbaycan Respublikasına aid oxşar cəhət:
A) Təbrizdə Azərbaycan konsulluğunun yaradılması
B) Aqrar islahatın həyata keçirilməsi
C) Prezident vəzifəsinin təsis edilməsi
D) yeni latın qrafikalı əlifbanın tətbiq edilməsi
E) Azərbaycan Neft Komitəsinin yaradılması
Uyğunluq gözlənilmişdir:
A) Bolqarıstanın işğalını başa çatdırdı – Sultan I Səlim
B) Dehli sultanlığının paytaxtını Deogir şəhərinə köçürdü – Sultan Firuz
C) Qızıl Ordu dövlətinə qarşı Moskva knyazlığı ilə ittifaqa girdi – Krım xanı Məngli Gəray
D) Osmanlı sultanı I Muraddan asılılığı qəbul etdi – Qazan xanı Ulu Məhəmməd
E) Əmir Teymurla Terek döyüşündə mübarizə apardı – Dmitri Donskoy
Qədim yunan mədəniyyətinə aiddir: 1. “İliada” dastanı 2. İmperator Trayanın sütunu 3. Parfenon məbədi 4. Demokritin təlimi 5. Kolizey amfiteatrı
A) 2,4,5
B) 1,3,4
C) 1,2,5
D) 3,5
E) 1,5
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top