Tapılan ümumi test sayı : 78

Verilmiş proqramın fraqmentini icra etdikdə nəticədə nə çap olunacaq? Var k, s : integer; begin s := 0; k := 0; while s<512 do begin s := s+10; k := k+1; end; write(s); end.
A) 521
B) 52
C) 510
D) 520
E) 51
A) A
B) C
C) D
D) B
E) E
Aşağıdakılardan hansı dünya kompüter savadlılığını təsdiq edən ECDL sertifikatlaşmasının tədris planına aid deyil?
A) İnformasiya texnologiyalarının əsasları
B) Texnologiyaların inkişafı
C) Mətnlərin emalı
D) Kompüterdə iş. Fayl sisteminin idarə olunmasının əsas əməliyyatları
E) İnformasiya və kommunikasiya
Aşağıdakı proqramlardan hansı rastr görüntülərlə işləmək üçün nəzərdə tutulmamışdır?
A) Corel PhotoPaint
B) Microsoft Paint
C) Adobe Photoshop
D) Corel Painter
E) Microsoft Power Point
Nöqtələr çoxluğu şəklində olan qrafika necə adlanır?
A) Rastr
B) Üçölçülü
C) Vektor
D) Fraktal
E) Frontal
Obyektin, hadisənin və ya prosesin müəyyən xüsusiyyətlərini əks etdirən təqdimolunma formasına … deyilir.
A) Server
B) İnformasiyanın ötürülməsi
C) Model
D) Kompüter
E) İnformasiya mübadiləsi
Şəbəkə resurslarını idarə edən kompüter.
A) Server
B) Müştəri kompüter
C) Qovşaq
D) Klient kompüter
E) Yönləndirici kompüter
Hansı humanoid-robotların əsas xüsusiyyətdir?
A) Öz iş yerinə fiziki olaraq bağlı olur
B) Təkərlər, ayaqlar vasitəsilə hərəkət edirlər
C) Xarici görünüşcə insana bənzəyir
D) Müəyyən tapşırıqlar üçün onu daşıyıcı vasitə ilə hərəkət etdirirlər
E) Tələb olunduqda müəyyən məsafəyə hərəkət edərək maneəni aradan qaldırır
MS Acces proqramında verilənlərin tipinə aid deyil?
A) Ədəd
B) Mətn
C) Həqiqi
D) Memo
E) Pul
Verilənlər bazasında iki cədvəl arasında hansı mümkün hallar ola bilər? 1. Birin-birə 2.Birin-çoxa 3. Dairəvi əlaqə 4. Çoxun-birə 5. Düzxətli əlaqə 6.Çoxun-çoxa
A) 2,5,6
B) 1,2,4,6
C) 1,3,5,6
D) 1,6
E) 3,5
MS Access proqramında yaradılan fayl hansı uzantı ilə yaddaşda saxlanılır?
A) .xls
B) .pdf
C) .bmp
D) .mdb
E) .doc
VBİS nədir?
A) Verilənlər bazasının istifadəsinə göstəriş faylı
B) Verilənlər bazasının əlaqələndirici kompüter topologiyası
C) Verilənlər bazasının təşkili üçün sxemlər toplusu
D) Verilənlər bazasının istifadəsi zamanı təhlükəsizliyin təmini üçün açar
E) Verilənlər bazasının yaradılması üçün proqram vasitələrinin toplusu
Hipermətn nədir?
A) Başqa sənədlərə istinadların olduğu mətndir
B) Daxilində şəkillərin olduğu mətndir
C) Tələb olunan mövzunu tam əhatə edən mətndir
D) Daxilində şəkillərin, audio-video materialların olduğu mətndir
E) Elektron formada hazırlanmış mətndir
Ən sadə verilənlər bazasında da ən azı neçə cədvəl olmalıdır?
A) Üç
B) Əlaqələndirilmiş iki cədvəl
C) İki
D) Bir
E) Yalnız başqa proyektlə əlaqələndirilmiş olduqda bir cədvəl
İnterpretatorun vəzifəsi nədir?
A) Proqramı maşın koduna çevirib ayrı bir faylda saxlayır
B) Xarici qurğuların işini idarə edir
C) Verilmiş mətni tələb olunan dilə komplyasiya edir (çevirir)
D) Kompüterin resurslarını idarə edir
E) Proqramı sətir-sətir maşın koduna çevirib prosessora verir
Pascal dilində s dəyişəninin aşağıdakı bərabərliyi bütün mümkün qiymətlərdə doğru edən variantı seçin. s div 6 =4
A) 24
B) 28
C) 24, 30
D) 24, 25, 26, 27, 28,29
E) 25, 26, 27, 28,29
Pascal dilində aşağıdakı komandaların icrasından sonra S dəyişəni hansı qiyməti alacaq? S:=0; k:=25; d:=k-5;  k:=2*k+k; S:=k-100;
A) 75
B) -50
C) 0
D) 50
E) -25
Pascal dilində bunlardan hansılar identifikator ola bilməz? 1) end 2) readln 3) ay01 4) 1 ay 5) yxz123 6) 123yxz
A) 1, 4, 5
B) 3, 4, 6
C) 1, 2, 4, 6
D) 2, 3, 6
E) 1, 2, 5, 6
Pascal dilində mənimsətmə operatoru necə yazılır?
A) “=”
B) “=!”
C) “;=”
D) “:=”
E) “=;”
Pascal dilində Writeln operatorunun vəzifəsi nədir?
A) Verilənləri fayldan daxil edir
B) Verilənləri klaviaturadan daxil edir
C) Verilənləri ekrana çıxarır və kursor növbəti sətirə keçir
D) Massiv tipli verilənləri daxil edir
E) Verilənləri ekrana çıxarır və kursor həmin sətirdə qalır
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top