Tapılan ümumi test sayı : 22

S.Rüstəmin müharibə dövrü insanlarının xarakterik xüsusiyyətlərini əks etdirən bu süjetli şerini kiçik poema da hesab etmək olar:
A) "Ana və poçtalyon"
B) "Çiçək mağazası"
C) "Gün o gün olsun ki ..."
D) "Gecənin romantikası"
E) "Döyüşçüyə məktub"
"Nadir şah" əsərində quldurluq və soyğunçuluqla tanınmış Nadirin gözlərini açmağa çalışaraq onu yaman peşədən uzaqlaşmağa, fikrini və gücünü millət, vətən yolunda sərf etməyə çağıran və buna nail olan obraz:
A) Gürcü bəy
B) Cavad
C) Rzaqulu
D) Şah Təhmas
E) Gülcahan
Qəsidənin hansı növündə Allahın fəzilətləri tərənnüm edilir?
A) mərsiyə
B) minacat
C) mədhiyyə
D) nət
E) fəxriyyə
Şifahi xalq ədəbiyyatına aid edilən əlamətlərdən biri səhvdir:
A) Yalnız lirik və epik janrları olur.
B) Ümumxalq təfəkkürünün məhsuludur.
C) Çoxvariantlı ədəbiyyatdır.
D) Özünəməxsus janr və dil-ifadə xüsusiyyətləri vardır.
E) Şifahi şəkildə yaranır və inkişaf edir.
Bu əsərdə şəxsləndirmədən bir bədii üsul kimi istifadə edilir. Baş qəhrəman öz həyat sərgüzəştlərini sahibi Mirzə Cəfərə danışır və bu sərgüzəştləri "böyük mütəfəkkirin icmalı və ruzigarın bir nümunəsi" adlandırır:
A) "Kitab yüklü eşşək"
B) "İbrahim bəyin səyahətnaməsi"
C) "Danabaş kəndinin əhvalatları"
D) "Sələbiyyə"
E) "Şikayətnamə"
Əsərin fabulası kasıb bir kəndli ilə dövlətli qızının sevgi macərası üzərində qurulmuşdur.Bir-birini sevən iki gənc ictimai bərabərsizliyin yaratdığı maneələrə baxmayaraq, əsərin sonunda öz istəklərinə qovuşur:
Bu parçada M.F.Axundzadənin hansı əsərindən bəhs edilir?
A) "Mürafiə vəkillərinin hekayəti"
B) "Hekayəti-müsyö Jordon və dərviş Məstəli şah"
C) "Sərgüzəşti-vəziri-xani-Lənkəran"
D) "Hacı Qara"
E) "Hekayəti-xırs quldurbasan"
Boyun sürahidir, bədənin büllur,
Gərdənin çəkilmiş minadan, Pəri!
Sən ha bir sonasan, cüda düşübsən
Bir bölük yaşılbaş sonadan, Pəri!
Verilmiş bənd haqqında fikirlərdən hansı səhvdir?
A) Bənddə gözəlin zahiri portretinin müəyyən cizgiləri nəzərə çatdırılır.
B) "Pəri" sözü təkrirdir.
C) Təşbehdən istifadə olunmuşdur.
D) "Minadan", "sonadan" sözləri qafiyədir.
E) Qoşmanın birinci bəndidir.
Bu misralar C.Cabbarlının hansı şerindən götürülmüşdür?
Bütün vücudum əsər, ruhum eyləyər pərvaz,
Uçar səmalara o aləmi-xəyalətdə.
Yatar, ölər bədənim, nitqdən düşər bir söz
... ... Sənə mən rahibəm itaətdə!
A) "Boranlı qış gecəsi"
B) "Qürub çağı bir yetim"
C) "Bahar"
D) "Böhtan yazılıbdır"
E) "Ana"
M.P.Vaqifin şerləri:
1. "Hayıf ki, yoxdur"
2. "Badi-səba, söylə mənim yarıma"
3. "Eylər"
4. Gəlsin, gəlməsin?"
5. "Pəri"
6. Görmədim"
A) 2, 3, 6
B) 1, 2, 3
C) 1, 5, 6
D) 1, 3, 4
E) 3, 4, 5
Aşağıdakı əsərlərdən birinin müəllifi məlum deyil:
A) "Nəsihətnamə"
B) "Dastani-Əhməd Hərami"
C) "Rindü Zahid"
D) "Mehr və Müştəri"
E) "Vərqa və Gülşa"
"Əcnəbilər seyrə balonlarla çıxır.
Biz hələ avtomobil minməyiriz"  (M.Ə.Sabir)     tabesiz mürəkkəb cümləsinin tərəfləri arasında hansı məna əlaqəsi vardır?
A) zaman
B) bölüşdürmə
C) aydınlaşdırma
D) qarşılaşdırma
E) ardıcıllıq
Mətn hansı üslubdadır?
"Malyeriya infeksion xəstəliklərdən biridir. Bu xəstəliyin əsas əlaməti qızdırmadır.
Malyariyanı ağcaqanadlar yayır..."
A) bədii
B) publisistik
C) məişət
D) elmi
E) rəsmi-işgüzar
Omonimlərin cərgəsini göstərin:
A) baş, göz, əl
B) sakit, yavaş, həzin
C) həyat, bəşər, tale
D) insan, adam, şəxs
E) şam, bal, kök
Aşağıdakı cümlələrdən hansında "ki" ədat kimi işlənmişdir? (Vergül işarəsi burxılmışdır)
A) Kitab mənimkidir.
B) Sən oxuyursan ki yaxşı biləsən.
C) O bildirdi ki anası narahadır.
D) O ki belə demirdi.
E) Elə o saat tapşırdım ki geri qayıtsın.
Xəbər mübtəda ilə uzlaşmırsa, ədəbi dilin hansı norması pozulmuş sayılır?
A) orfoepik
B) həm leksik, həm qrammatik
C) orfoqrafik
D) qrammatik
E) leksik
Nümunədəki fellər hansı zamandadır?
"Ağladırsan,güldürürsən,
Çeşmim yaşın sildirirsən,
Cəllad kimi öldürürsən,
O göz, o qaş ilə məni".
A) qəti gələcək zaman
B) şühudi keçmiş zaman
C) qeyri-qəti gələcək zaman
D) nəqli keçmiş zaman
E) indiki zaman
İsmin yönlük halında olan sözlərin cərgəsini göstərin.
A) kitaba, dərəyə, insana
B) göyün, yerin, güzgüdən
C) dəftəri, kitabı, şəhəri
D) dəftərdə, otaqda, küçədə
E) katibə, əfsanə, mərdanə
Latın qrfikalı Azərbaycan yazısı hansı yazı növünə aiddir?
A) əşyavi
B) piktoqrafik
C) sillabik
D) ideoqrafik
E) fonoqrfik
İsmi xəbərli cüttərkibli müxtəsər cümləni göstərin.
A) Bu cavan oglan kimdir?
B) Mənim qəlbimi incidən onun bu barədə indiyədək susmağıdır.
C) Təriflədiyin kitab budur.
D) Dağlar onun gözəlliyinə heyran qaldı.
E) Sahil qalın meşəlikdir.
"Fəaliyyət" sözünün fonetik təhlilində səhv haradadır?
A) [a] qalın, dodaqlanmayan, açıq, uzun; [i] incə, dodaqlanmayan, qapalı; [ə] incə, dodaqlanmayan, açıq saitdir.
B) 9 səs və 9 hərfdən ibarətdir.
C) [f] və [t] kar, [l] və [y] cingiltili samitlərdir.
D) Dördhecalıdır, vurğu dördüncü hecaya düşür.
E) Sözdə ahəng qanunu pozulmuşdur.
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top