Tapılan ümumi test sayı : 24

Epik əsərlərin kiçik formasındadır. Yazılı ədəbiyyat janrıdır. Burada qəhrəmanın həyatının bir-iki səciyyəvi epizodu göstərilir. Epik növün bu janrında personajların da sayı az olur.
Söhbət hansı janrdan gedir?
A) dastan
B) hekayə
C) nağıl
D) povest
E) roman
"Kitabi-Dədə Qorqud" dastanlarında oğuzların faciəsinin səbəbi nə ilə izah olunur?
A) Oğuzların arasında daxili ədavət və ziddiyyətlərin olması ilə
B) Oğuzların əkinçiliklə məşğul olub döyüş ənənələrini unutmaları ilə
C) Düşmənlərin güclü olması ilə
D) Düşmənlərin sayca daha çox olması ilə
E) Düşmən qüvvəsinə etinasızlıqları ilə
C.Məmmədquluzadənin "Anamın kitabı" pyesində vətəni təmsil edən surət:
A) Səməd Vahid
B) Rüstəm bəy
C) Mirzə Məhəmmədəli
D) Zəhrəbəyim ana
E) Gülbahar
Ailə-məişət problemlərini geniş epik lövhələrlə əks etdirən nəzm əsəri:
A) S.Rüstəm. "Ana və poçtalyon"
B) M.Müşfiq. "Yenə o bağ olaydı..."
C) R.Rza. "Qızıl gül olmayaydı..."
D) A.İldırım. "Qara dastan"
E) S.Vurğun. "Aygün"
N.Vəzirovun "Müsibəti-Fəxrəddin" faciəsi ilə bağlı  fikirlərdən biri yanlışdır:
A) Əsərdə maarifsizliyin, cəhalətin acı nəticələri göstərilir.
B) Əsər Fəxrəddin bəyin monoloqu ilə başlayır.
C) Müəllif Rüstəm bəy obrazını yaratmaqla qan intiqamına susamış nadan bəylərə ibrət dərsi verir.
D) Süjeti iki mülkədar ailəsi arasında gedən qan davası üzərində qurulmuşdur.
E) Azərbaycan ədəbiyyatı tarixində ilk faciədir.
"Mirzə Şəfinin nəğmələri" kitabı haqqındakı fikirlərdən hansı səhvdir?
A) Kitab XIX əsrin 50-ci illərində Mirzə Şəfinin öz vətənində çap olunmuşdur.
B) Rus yazıçısı L.Tolstoy kitab haqqında yüksək fikir söyləmişdir.
C) Kitabdakı şerlər Bodenştedtin "Şərqdə min bir gün" kitabında toplanmış şerlər idi.
D) Kitabın naşiri Bodenştedtə məsləhət görmüşdü ki, Mirzə Şəfinin şerlərini kitabdan çıxarıb ayrıca çap etsələr, nəşriyyata böyük şöhrət gətirər.
E) Kitab Almaniyada, Rusiyada geniş yayılaraq müxtəlif dillərə tərcümə edilmişdir.
Bu şairlərdən ikisinin şerlərində sufi fikirlərin təbliği də müəyyən yer tutur:
1. A.Bakıxanov              2. Q.Zakir
3. X.Natəvan                 4. S.Ə.Nəbati
5. M.B.Nadim
A) 1, 3
B) 2, 4
C) 2, 3
D) 1, 4
E) 4, 5
C.Cabbarlı hansı əsərində İran tarixinə aid hadisələri göstərmiş və bu yolla despotizmə qarşı xalq etirazını qələmə almışdır?
A) "Od gəlini"
B) "Nəsrəddin şah"
C) "Yaşar"
D) "Dönüş"
E) "Ulduz"
Məndə Məcnundan füzun aşiqlik istedadı var,
Aşiqi-sadiq mənəm, Məcnunun ancaq adı var - misralarının müəllifi kimdir?
A) Nizami Gəncəvi
B) Şah İsmayıl Xətayi
C) Məhəmməd Füzuli
D) Seyid Əzim Şirvani
E) İmadəddin Nəsimi
Bəhram Gur Nizami Gəncəvinin hansı əsərinin qəhrəmanıdır?
A) "Yeddi gözəl"
B) "Xosrov və Şirin"
C) "Leyli və Məcnun"
D) "Sirlər xəzinəsi"
E) "İsgəndərnamə"
"Çiçək" sözünə hansı şəkilçi qoşulduqda onun vurğusu dəyişmir?
A) -li
B) -lik
C) -dən
D) -dir
E) -lər
Nitqə aid edilən əlamətlərdən biri yanlışdır:
A) Dil əsasında meydana çıxır.
B) Nitq fəaliyyətənin məhsuludur.
C) Törəmədir.
D) Dəyişməzdir.
E) Ünsiyyət prosesidir.
Verilmiş cümlə hansı üslubdadır?
"Nitqin ifadəliliyi dedikdə ən məqsədəuyğun, üslub baxımından ən uğurluolan dil vasitələrini tapıb işlətmək başa düşülür".
A) elmi
B) bədii
C) publisistik
D) rəsmi-işgüzar
E) məişət
Xəbər budaq cümləsini göstərin:
A) Məsləhətim budur ki, bir də sürünü bu yerlərə gətirmə.
B) Payızda meyvənin bol olduğu hamıya məlumdur.
C) Mən bilirəm, sən nə demək istəyirsən.
D) Sən nə cür deyirsən, elə də düzəlt.
E) Bu elə kitabdır ki, onu oxumaq olmaz.
Hansı cümlədə təsdiq bildirən modal söz işlənmişdir?
A) Düzü, bu, məndən ötrü gözlənilməzdir.
B) Deməli, qatarla getməyi təxirə salmısınız.
C) Məncə, hər irəliləyişin və qurtuluşun anası azadlıqdır.
D) Camaatı, yəqin ki, başqa şey maraqlandırır?
E) "Axtarış" komandası, zənnimcə, qalib gələcək.
Antonim sözləri göstərin:
A) gül, ağla; bağça, ağac
B) adam, insan; uşaq, ata
C) göz, qaş; budaq, qol
D) böyük, kiçik; pis, yaxşı
E) igid, cəsur; qoçaq, qəhrəman
Felin keçmiş zamanı hansı şəkilçilərlə düzəlir?
A) -ır2, -mış4
B) -dı4, -ası2
C) -acaq2, -ar2
D) -dı4, -mış4
E) -maq2, -malı2
Hansı söz quruluşca mürəkkəb deyil:
A) çiyələk
B) istiot
C) baramaqurdu
D) qızılgül
E) kəklikotu
Qeyri-müəyyən təsirlik halın sualı hansıdır?
A) nəyə?
B) nədə?
C) nəyin?
D) nəyi?
E) nə?
Dilçiliyin sözlərin mənşəyini öyrənən sahəsi:
A) leksikologiya
B) etimologiya
C) fonetika
D) orfoepiya
E) morfologiya
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top