Tapılan ümumi test sayı : 26

Hansı sözdə kar samit yoxdur?
A) xurma
B) alça
C) gilas
D) gavalı
E) püstə
Yerdən ayağını quş kimi üzüb,
Yay kimi dartılıb, ox kimi süzüb,
Yenə öz sürünü nizamla düzüb,
Baş alıb gedirsən hayana, ceyran? - misralarında hansı bədii təsvir vasitəsindən istifadə edilmişdir?
A) metonimiya
B) epitet
C) təşbeh
D) mübaliğə
E) metafora
Qılıncını nə öyərsən, mərə kafir?
Əyri başlı çovkanımca gəlməz mənə.
Belindəki doxsan oxu nə öyərsən?
Ala qollu sapandımca gəlməz mənə.
Bu misralar "Dədə-Qorqud" dastanlarının hansı qəhrəmanına məxsusdur?
A) Qaraca Çobana
B) Dədə Qorquda
C) Uruza
D) Bamsı Beyrəyə
E) Salur Qazana
S.Vurğun hansı əsərində müharibəni fəlsəfi cəhətdən, ümumbəşəri dəyərlər işığında mənalandırır?
A) "İnsan"
B) "Fərhad və Şirin"
C) "Bakının dastanı"
D) "Komsomol poeması"
E) "Vaqif"
M.Füzulinin ictimai görüşlərini, ayrı-ayrı ictimai zümrələrə münasibətini, gəncliyin tərbiyəsi, peşə seçməsi ilə bağlı fikirlərini ifadə edən əsəri:
A) "Şikayətnamə"
B) "Səhhət və Mərəz"
C) "Rindü Zahid"
D) "Söhbətül-əsmar"
E) "Bəngü Badə"
Epik növün ən qədim janrlarından biridir. Sənətkar həyatda müşahidə etdiyi nöqsanları müəyyən əşyalar, bitkilər və heyvanların simasında əks etdirir.
Bu hansı janrdır?
A) hekayə
B) lətifə
C) təmsil
D) novella
E) nağıl
M.Ə.Sabirin aşağıdakı şerlərindən hansı satira deyil:
A) "Kim nə deyər bizdə olan qeyrətə?!"
B) "Bizə nə?"
C) "Səttarxana"
D) "Ürəfa marşı"
E) "Əkinçi"
N.Vəzirovun mövzusu tacir həyatından alınmış komediyası:
A) "Adı var, özü yox"
B) "Pəhləvani-zəmanə"
C) "Ev tərbiyəsinin bir şəkli"
D) "Nə əkərsən, onu biçərsən"
E) "Yağışdan çıxdıq, yağmura düşdük"
N.Gəncəvinin aşağıdakı hekayələrindən biri "Sirlər xəzinəsi" poemasına daxil deyil:
A) "Zalım padşahla Zahidin dastanı"
B) "Sultan Səncər və qarı"
C) "Süleyman və əkinçi"
D) "Xeyir və şər"
E) "Nuşirəvan və bayquşların söhbəti"
"Göz yaşları içərisində gülüş" C.Cabbarlının aşağıdakı əsərlərindən birinin ikinci adıdır:
A) "Nəsrəddin şah"
B) "Vəfalı Səriyyə"
C) "Ulduz"
D) "Aydın"
E) "Solğun çiçəklər"
M.F.Axundzadənin mövzusu kənd həyatından alınmış bu komediyasında qadın hüquqsuzluğu tənqid olunur. Əsrin əsas qəhrəmanları Bayram və Pərzaddır:
A) "Hekayəti-müsyö Jordan və dərviş Məstəli şah"
B) "Hekayəti-molla İbrahimxəlil kimyagər"
C) "Sərgüzəşti-mərdi-xəsis"
D) "Mürafiə vəkillərinin hekayəti"
E) "Hekayəti-xırs quldurbasan"
"Kimi əcəl hərləyirsə, qabağa çıxsın" cümləsi tabeli mürəkkəb cümlənin hansı növünə aiddir?
A) mübtəda budaq cümləli
B) xəbər budaq cümləli
C) tamamlıq budaq cümləli
D)  zərflik budaq cümləli
E) təyin budaq cümləli
Şəxs əvəzlikləri qeyri-müəyyən əvəzliklər, əsasən, hansı cümlə üzvləri vəzifəsində işlənir?
A) xəbər və zərflik
B) zərflik və təyin
C) tamamlıq və zərflik
D) mübtəda və tamamalıq
E) təyin və tamamalıq
Sözlərdən birində iki leksik şəkiçi vardır:
A) durmadan
B) durğunluq
C) durğu
D) duruxmaq
E) durduqda
Düzəltmə fellər olan cərgəni göstərin.
A) gəl, get, işlə
B) gəlmək, getmək, yığışmaq
C) deyir-gülür, çaşıb qalır
D) oxuyur, yazacaq, yatdı
E) başladı, yazıldı, ağarır
"Vətəndaş", "cənab" sözləri nitq etiketlərinin hansı növünə daxildir?
A) alqış
B) təbrik
C) ayrılma
D) görüşmə
E) müraciət
Alınma sözlər cərgəsini göstərin.
A) dülgər, saatsaz, sən
B) səfir, təchizat, beş
C) məsələ, inkişaf, bilmək
D) mədaxil, məzun, ana
E) rəhm, stul, mətbəə
Altından xətt çəkilmiş nümunələrin ikisi söz-cümlədir:
1. - Sabah ayın neçəsidir?
    -Üçü.
2. - Sabah imtahanınız var?
    -Bəli.
3. - Məktəbiniz harada yerləşir?
    -Babək prospektində.
4. - Direktorunuz kimdir?
    -Kərimov.
5. - Kimyaçıdır?
    -Yox.
 
A) 1, 5
B) 3, 4
C) 2, 3
D) 2, 5
E) 1, 4
"Dastan" sözünün fonetik təhlilində səhv haradadır?
A) [a] qalın, açıq, dodaqlanmayan saitdir.
B) 3 cingiltili və 1 kar samit işlənmişir.
C) Yazılışı ilə tələffüzü fərqlənmir.
D) Qalın saitlərin ahəngi var.
E) Vurğu ikinci hecanın üzərinə düşür.
Qüvvətləndirici ədatlardan ibarət cərgəni göstərin:
A) lap, təki, di
B) ən, daha, lap
C) ancaq, barı, bircə
D) təkcə, kaş, bəs
E) ha, məhz, yalnız
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top