Tapılan ümumi test sayı : 22

Ozan, evin dayağı odur ki, yazıdan-yabandan evə bir qonaq gəlsə, ər adam evdə olmasa, ol onu yedirər, içirər, ağırlar, əzizlər.
Bu mətn parçası dastandan götürülmüşdür?
A) "Qaçaq Nəbi"
B) "Şah İsmayıl"
C) "Abbas və Gülgəz"
D) "Koroğlu"
E) "Kitabi-Dədə Qorqud"
S.Rüstəmin Cənub mövzusuna həsr etdiyi əsərlər hansı cərgədə verilib?
A) "Yaxşı yoldaş", "Gecənin romantikası", "Ana ürəyi"
B) "Zindan", "On ikinci tüfəng", "Memarın faciəsi"
C) "Mənim şerim", "And", "Qəhrəmanın vəsiyyəti"
D) "Ələmdən nəşəyə", "Ana və poçtalyon", "Qafqaz ordusu"
E) "Vətən oğlu", "Gün o gün olsun ki", "Çiçək mağazası"
Bənddə işlənmiş bədii təsvir vasitəsini müəyyənləşdirin.
Gözüm çox həsrətdir xumar gözünə,
Günəş camalına, şəkər sözünə,
Utanıram, necə deyim üzünə,
Dərdin xəstə canə gəlsin, gəlməsin?
A) epitet
B) metonimiya
C) simvol
D) metafora
E) təşbeh
Həcmcə 5-10 beytdən ibarət olur. qafiyə quruluşu belədir: aa, ba, va, qa, ğa ... Məqtə beytdə şair təxəllüsünü söyləyir.
Bu parçada hansı janrın xüsusiyyətləri göstərilmişdir?

 
A) müxəmməs
B) qitə
C) məsnəvi
D) qəzəl
E) qəsidə
C.Məmmədquluzadənin publisistik əsərləri ən çox hansı mətbuat orqanında çap olunmuşdur?
A) "Şərqi-Rus
B) "Molla Nəsrəddin"
C) "Kaspi"
D) "Həyat"
E) "Kafkaz"
Aşağıdakı atalar sözlərindən biri ilə N.Vəzirovun "Ev tərbiyəsinin bir şəkli" əsərinin tərbiyəvi nəticəsini ifadə etmək mümkündür:
A) "Ağıl yaşda deyil, başdadır"
B) "Cücəni payızda sayarlar"
C) "Əldən qalan əlli il qalar"
D) "Ot kökü üstündə bitər"
E) "Niyyətin hara, mənzilin ora"
Bu əsərlərdən ikisi Ə.Xaqaninin deyil:
1. "Töhfətül-İraqeyn"
2. "Şikayətnamə"
3. "Qəsidey-şiniyyə"
4. "Mədain xərabələri"
5. "Mehr və Müştəri"
A) 2, 4
B) 1, 3
C) 4, 5
D) 3, 5
E) 2, 5
"Nəsrəddin şah", "Solğun çiçəklər" pyeslərinin müəllifi:
A) İ.Əfəndiyev
B) S.S.Axundov
C) M.Hüseyn
D) C.Cabbarlı
E) Ə.Haqverdiyev
M.F.Axundzadə bu əsərində asan yolla pul qazanmaq istəyən bir qrup adamı kollektiv obraz kimi "nuxulular"  deyə təqdim edərək ifşa obyektinə çevrilmişdir:
A) "Mürafiə vəkillərinin hekayəti"
B) "Hekayəti-müsyö Jordon və dərviş Məstəli şah"
C) "Hekayəti-xırs qudurbasan"
D) "Hekayəti-molla İbrahimxəlil kimyagər"
E) "Sərgüzəşti-mərdi-xəsis"
İsmin hansı halları müəyyənlik və qeyri-müəyyənlik bildirir?
A) yerlik və çıxışlıq
B) adlıq və yiyəlik
C) yönlük və təsirlik
D) yiyəlik və təsirlik
E) təsirlik və yerlik
"Kimin ki ağlı, bacarığı var, qalib gəlir"  tabeli mürəkkəb cümləsinin növünü göstərin:
A) mübtəda budaq cümləli
B) şərt budaq cümləli
C) tamamlıq budaq cümləli
D) xəbər budaq cümləli
E) təyin budaq cümləli
Feli sifətlərin verildiyi cərgəni müəyyənləşdirin.
A) düşünən beyin, danışan adam, görünən ulduz
B) sevimli uşaq, buzlu su, dərin göl
C) qapının dəstəyi, stolun üstü, çətin iş
D) təmiz paltar, gözəl qız, evli adam
E) qızıl söz, beşmərtəbəli bina, düz yol
"Ömrün uzun olsun!", "Canın sağ olsun!", "Bəxtin ağ olsun!" nümunələri nitq etiketlərinin hansı növünə aiddir?
A) təbrik
B) alqış
C) müraciət
D) görüşmə
E) ayrılma
"Qəlbinə dəymək"  frazeoloji birləşməsinin antonimi hansıdır?
A) könül bağlamaq
B) könlünü almaq
C) qəlbindən keçmək
D) ürəyinə yatmaq
E) könül vermək
Cərgələrdən birində adlıq cümlələr verilmişdir:
A) Səhərdir. Təbiətdən bahar qoxusu gəlir.
B) Şuşa qalası. Cıdır düzü. Qacarın çadırı. Qacar əsəbi halda. (S.Vurğun)
C) Bayırda çovğundur. Göz gözü görmür.
D) Ayazlı, şaxtalı bir qış günü idi. Biz yola düşdük.
E) Aylı gecə göz oxşayırdı. Təbiətdə bir saflıq vardı.
"Yastı" sözünün fonetik təhlili ilə bağlı səhvi göstərin:
A) İki cingiltili, bir kar samit işlənmişdir.
B) İkihecalıdır, vurğu birinci hecaya düşür.
C) Sözdə qalın saitlərin ahəngi gözlənilmişdir.
D) Yazılışı ilə tələffüzü fərqlənir.
E) İki qalın, dodaqlanmayan sait işlənmişdir.
Təkcə, tək, ancaq ədatlarının məna növünü göstərin:
A) qüvvətləndirici
B) əmr
C) sual
D) dəqiqləşdirici
E) məhdudlaşdırıcı
Görüşürdülər sözünün morfoloji təhliindəki səhvi göstərin:
A) Şühudi keçmiş zamandadır.
B) Qarşılıq-birgəlik növdədir.
C) Düzəltmə feldir.
D) Təsirsiz feldir.
E) Xəbər şəklinin hekayəsindədir.
"Şagirdlərin imtahan göstəriciəri sevindiricidir" cümləsində hansı cümlə üzvləri işlənmişdir?
A) mübtəda, xəbər
B) mübtəda, zərflik, xəbər
C) təyin, tamamlıq, xəbər
D) zərflik, tamamlıq, xəbər
E) təyin, mübtəda, xəbər
Sözün poetik funksiyası ən çox hansı üslubda özünü göstərir?
A) rəsmi-işgüzar
B) bədii
C) məişət
D) publisistik
E) elmi
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top