Tapılan ümumi test sayı : 44

M.F.Axundzadənin "Hekayəti-müsyö Jordan həkimi - nəbatat və dərviş Məstəli şah caduküni - məşhur" əsərinin qəhrəmanı Şahbaz bəy haqqındakı fikirlərdən biri yanlışdır:
A) Parisə getmək, fransız dilini öyrənmək arzusundadır.
B) Avamlar mühitində bir qığılcım kimi parlayan obrazdır.
C) Kənddə xəstəxana, məktəb açmaq, xalqı maarifləndirmək üçün mübarizə aparır.
D) Təhsilini artırmağa çalışan, böyük böyük arzularla yaşayan gəncdir.
E) XIX əsr Azərbaycan ədəbiyyatında mütərəqqi ideyaların ifadəçisi olan gənc ziyalıların nümayəndəsidir.
Nəcəf bəy Vəzirovun "Müsibəti-Fəxrəddin" faciəsində Cahangir bəy qan intiqamı uğrunda gedən çarpışmalara niyə qoşulur?
A) Fəxrəddinin apardığı islahatları qəbul edə bilmirdi.
B) Səadət xanıma qovuşmaqda Fəəxrəddini özünə başlıca mane bildirdi.
C) Rəşidin intiqamını almaq istəyir.
D) Rüstəm bəyə xoş gəlsin deyə bu işə gedir.
E) Onun Fəxəddinlə köhnədən ədavəti var idi.
M.Füzulinin hansı əsərində musiqi alətləri alleqorik obrazlar kimi iştirak edir?
A) "Yeddi cam"
B) "Səhhət və Mərəz"
C) "Söhbətül-əsmar"
D) "Ənisül-qəlb"
E) "Bəngü Badə"
Vaqif (S.Vurğun. "Vaqif") Qazax mahalına - Vidadinin evinə nə üçün gəlmişdi?
A) Kənd üçün, kənd adamları üçün darıxmışdı.
B) Vəzirlikdən çıxrıldığı üçün kəndə qayıtmışdı.
C) Vidadini oğlu Əli bəyin toyuna aparmaq istəyirdi.
D) Daha sarayda xidmət etmək istəmədiyindən kəndə qayıtmışdı.
E) Kəndlilərin vəziyyətini öyrənmək fikrində idi.
M.Müşfiqin mətbuatda çap olunmuş son əsəri:
A) "Bir gün"
B) "Duyğu və yarpaqları"
C) "Gecə düşüncəsi"
D) "Küləklər"
E) "Həyat sevgisi"
Aşıq Ələsgərin "Görmədim" şeri ilə bağlı fikirlərdən biri yanlışdır:
A) Lirik qəhrəmanı öz aldanışları ağrıdır.
B) İctimai-əxlaqi məzmunludur.
C) "Görmədim" sözü rədifdir.
D) Şer müxəmməs janrındadır.
E) Şerdə vəfasız, namərd adamların mənəvi eybəcərlikləri təsvir olunur.
Aşağıdakı xüsusiyyətlər N.Gəncəvinin hansı qəhrəmanına aiddir?
Gözəl rəqqasə və musiqiçidir. Ağıllı və cəsarətli bir insandır. Ağlı və tədbiri ilə ən çətin vəziyyətlərdən çıxış yolu tapır. Hökmdara sübut edir ki, insan məşqlə, zəhmətlə ən çətin işlərin öhdəsindən gələ bilər.
A) Fitnə
B) Nüşabə
C) Şəkər
D) Nəkisa
E) Məhinbanu
Dodağın qönçədi, dişlərin sədəf,
Qaşların qüdrətdən qara, Bəyistan! 

Birinci misrada hansı bədii təsvir vasitəsi işlənmişdir?
A) təşbeh
B) simvol
C) epitet
D) metafora
E) metonimiya
Bunlardan biri beytlər şəklindədir:
A) qitə
B) müxəmməs
C) qoşma
D) rübai
E) gəraylı
Çırmanırıq keçməyə çay gəlməmiş,
Başlayırıq qızmağa yay gəlməmiş  - 

misraları M.Ə.Sabirin hansı satirasındandır?
A) "Satıram"
B) "Kim nə deyər bizdə olan qeyrətə?!"
C) "Əkinçi"
D) "Ürəfa marşı"
E) "Bizə nə?"
Cümlədə köməkçi nitq hissələrindən hansılar işlənmişdir?
Rauf onları lap evəcən ötürdü. 
A) ədat və qoşma
B) qoşma və bağlayıcı
C) bağlayıcı və modal söz
D) ədat və modal söz
E) ədat və bağlayıcı
"Professor Ağayev həzin bir adamdır"  cümləsində ədəbi dilin hansı norması pozulmuşdur?
A) qrammatik
B) leksik
C) fonetik
D) həm fonetik, həm qrammatik
E) həm leksik, həm qrammatik
Tərkibində yalnız qapalı saitlər işlənmiş, ahəng qanununa tabe olmayan əsl Azərbaycan sözlərini göstərin.
1. ilan              2. vücud                3. işıq                4. şüur                  5. vacib                  6. ildırım
A) 2, 5
B) 4, 5
C) 3, 6
D) 1, 2
E) 1, 6
Sifət hansı cümlədə isimləşmişdir?
A) Məmməd bəy dəmir dəbilqəni başından götürdü.
B) O, əvvəlki əməllərinə görə xəcalət çəkirdi.
C) Bu gözəl qız qoşunun  sərkərdəsi imiş.
D) Qənirə bugünkü libasda daha gözəl görünürdü.
E) Gözəl görünər, çirkin bürünər.
"Kamal" sözünün leksik təhlili ilə bağlı səhvi göstərin.
A) Avropa mənşəlidir.
B) Omonim kimi işlənə bilmir.
C) Alınma sözdür.
D) Sinonimi "yetkinlik" sözüdür.
E) Təkmənalıdır.
"Padşah əmr elədi, otağın bir tərəfinə pərdə çəksinlər"  cümləsi haqqındakı fikirlərdən yalnız biri doğrudur:
A) Ardıcıllıq əlaqəli tabesiz mürəkkəb cümlədir
B) Tamamlıq budaq cümləli tabeli mürəkkəb cümlədir.
C) Mübtəda budaq cümləli tabeli mürəkkəb cümlədir.
D) Təyin budaq cümləli tabeli mürəkkəb cümlədir.
E) Tabeli mürəkkəb cümlə deyil, sadə cümlədir.
Bir rəsmi-işgüzar üslub üçün əlamətdar deyil:
A) fərdi nitq ünsürlərinin, obrazlı söz və ifadələrin işlənməsi
B) sintaksisinin məhdudluğu
C) fikrin olduqca yığcam ifadə olunması
D) arxaik leksikanın və sintaktik konsruksiyaların uzun müddət mühafizə oluna bilməsi
E) lüğət tərkibinin yığcamlığı
"Qapını örtmək"  feli birləşməsinin tərəfləri arasında hansı sintaktik əlaqə vardır?
A) idarə
B) uzlaşma
C) tabesizlik
D) yanaşma
E) həm uzlaşma, həm yanaşma
Hansı cümlənin həm mübtədası həm, həm də xəbəri III növ təyini söz birləşməsiilə ifadə olunmuşdur?
A) Nəvainin hədiyyəsi onu heyran etmişdir.
B) Dünənki atlılar yolda qalacaq.
C) Kəmaləddin Behzadın fırçası ilahinin vergisidir.
D) Qurbaninin fikri özgə yerdə idi.
E) İsmayılın istək və arzuları bitib-tükənmirdi.
İltisaqi dillər üçün əsasdır:
A) ön şəkilçilərin işlənməsi
B) ahəng qanununun olmaması
C) şəkilçilərin söz sonuna artırılması
D) söz kökünün daxildən dəyişməsi
E) sözə əvvəl qrammatik, sonra leksik şəkilçilərin artırılması
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top