Tapılan ümumi test sayı : 27

"Sən, deyəsən, məni yaxşı tanımırsan"  cümləsinin morfoloji təhlilində yol verilmiş səhvi göstərin.
A) "deyəsən" - modal sözdür, güman, şübhə bildirir.
B) "yaxşı" - sifətdir, adi dərəcədədir.
C) "məni" - şəxs əvəzliyidir, təsirlik haldadır.
D) "tanımırsan" - məlum növdə olan feldir, inkardadır.
E) "sən" - şəxs əvəzliyidir, II şəxsin təkində, adlıq haldadır.
Ay həzərat, gəlin sizə söyləyim,
Bu dünyanın xəyanatı çıxıbdı.
İnsaflar azalıb, mürvət gödəlib,
Qazıların mazarratı çıxıbdı.

Bənd hansı sənətkarın əsərindədir?
A) Molla Vəli Vidadi
B) Molla Pənah Vaqif
C) Abbas Tufarqanlı
D) Qasım bəy Zakir
E) Aşıq Ələsgər
Bir yanda tərlanlar, dumanlı dağlar,
Bir yanda kəkliklər, ayna bulaqlar,
Bir yanda bülbüllər, çiçəkli bağlar
Mən bu tamaşadan necə əl çəkim?

                                      (M.Müşfiq)
Nümunədə işlənmiş bədii təsvir və ifadə vasitələrini göstərin.
I. epitet            II. təşbeh              III. metafora               IV. təkrir              V. bədii sual                   VI. mübaliğə
 
A) I, IV, V
B) II, III
C) III, IV, VI
D) III, VI
E) I, II, III
M.Ə.Sabirin Azərbaycanda, Yaxın və Orta Şərq ölkələrində əməlpərvər, qüdrətli xalq şairi kimi şöhrət qazanmasında hansı mətbuat orqanının xüsusi rolu olmuşdur?
A) "Molla Nəsrəddin"
B) "Həyat"
C) "Füyuzat"
D) "İrşad"
E) "Şərqi-Rus"
Bu şairlərdən birinin yaradıcılığı ilə Azərbaycan poeziyasına dərdli ana obrazı daxil olmuşdur:
A) Fatma xanım Kəminə
B) Xurşidbanu Natəvan
C) Məhsəti Gəncəvi
D) Heyran xanım
E) Aşıq Pəri
Xurşidbanunun ("Xurşidbanu Natəvan") son qərarı necə olur?
A) Söz-söhbətə, şayiələrə son qoymaq üçün Seyid Hüseynə ərə gedir.
B) Ata mülkündən, kəndlilərindən əl çəkməklə öz sinfi ilə əlaqəsini kəsir.
C) Knyaz Xasayın nikahı təzələmək təklifini rədd edir.
D) Seyid Hüseynin həbs olunması ilə əlaqədar olaraq  canişinə müraciət edir.
E) İran  şahzadəsinin ona baş hərəm olmaq təklifini rədd edir.
"Xosrov və Şirin" poemasında rəqibini xəyanətlə öldürtdürüb, xəyanət nəticəsində də özü məhv olan obraz:
A) Fərhad
B) Şapur
C) Hörmüz
D) Xosrov
E) Şiruyə
"Xosrov və Şirin" poemasında rəqibini xəyanətlə öldürtdürüb, xəyanət nəticəsində də özü məhv olan obraz:
A) Fərhad
B) Xosrov
C) Şiruyə
D) Şapur
E) Hörmüz
XIX əsrin sonlarında yaşamış və bədii nəsr əsəri yazmış sənətkar:
A) Məhəmməd Bağır Xalxali
B) Mirzəli Möcüz
C) Arif Ərdəbili
D) Marağalı Əvhədi
E) Zeynalabdin Marağayi
M.Füzulinin hansı əsəri məktub şəklində yazılmışdır?
A) "Səhhət və Mərəz"
B) "Bəngü Badə"
C) "Şikayətnamə"
D) "Söhbətül-əsmar"
E) "Rindü Zahid"
Y.V.Çəmənzəmənlinin həyat və yaradıcılığı ilə bağlı səhv cavabı göstərin.
A) "Qızlar bulağı" tarixi-fəlsəfi, "Qan içində" tarixi romandır.
B) İlk mətbu əsəri "Molla Nəsrəddin"də dərc olunmuşdur.
C) Tarixi roman janrının ilk nümunəsini yaratmışdır.
D) Repressiya qurbanlarından biridir.
E) "Azərbaycan ədəbiyyatına bir nəzər" onun ədəbiyyatımızın tarixinə aid sistemli tədqiqat əsəridir.
Süjet nədir?
A) bədii əsərdə əhvalatın sonluğu
B) bədii əsərdə hadisələrin müəyyən bir xətt üzrə inkişaf etdirilməsi
C) hadisələrin inkişafında düyünün yaranması
D) bədii əsərdə əsas hadisədən kənara çıxılması
E) ziddiyyətlərin ən gərgin nöqtəsi
Bu əlamətlər hansı üslubda özünü göstərir?
1. xalq danışıq dilinə aid sözlərdən daha çox istifadə
2. dialoji nitq formasının daha çox işlədilməsi
3. bağlayıcı məzmununun daha çox intonasiya ilə çatdırılması
4. yarımçıq cümlələrin işlədilməsi
A) məişət
B) rəsmi-işgüzar
C) publisistik
D) elmi
E) bədii
Kar-cingiltili samit cütlüyündən hansı səhvdir?
A) p-b
B) ç-c
C) ş-j
D) k-g
E) x-q
Hansı söz yalnız qoşma kimi işlənə bilər?
A) özgə
B) savayı
C) başqa
D) ilə
E) ancaq
İnkar əvəzliyi işlənmiş cümləni göstərin:
A) Kimsə qapını taqqıldatdı.
B) Bahar anasının tapşırığına əməl edərək o kağızı heç kəsə göstərmirdi.
C) Tanrı özü balamı bəladan qorusun.
D) Hərə bir işin dalınca yollandı.
E) O özü bu işə əncam çəkər.
Hərəkətin icrasını müxtəlif cəhətdən izah edən cümlə üzvü:
A) təyin
B) mübtəda
C) tamamlıq
D) zərflik
E) xəbər
Müraciət etiketlərini göstərin.
1. Xanım!
2. Salam!
3. Əlvida!
4. Mübarək!
5. Var ol!
6. Cənab!
A) 1, 6
B) 3, 4
C) 1, 2, 5
D) 2, 3, 4
E) 4, 5
"İstiləşməmişdi" sözünün morfoloji təhlilindəki səhvi göstərin.
A) məlum növdədir
B) düzəltmə feldir, sifətdən əmələ gəlmişdir
C) təsirsiz feldir
D) nəqli keçmiş zamandadır
E) feldir, xəbər şəklinin rəvayətindəndir
Cüttərkibli müxtəsər cümlə hansıdır?
A) Bu, Müşkinazın xatirələrindəndir.
B) Cavid mənalı-mənalı gülümsünürdü.
C) Gedənin dalınca danışmazlar.
D) Yüz dəfə ölç, bir dəfə biç.
E) Yıxılana gülməzlər.
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top