Tapılan ümumi test sayı : 24

"Abbas və Gülgəz" dastanının yaranmasında hansı aşığın yaradıcılığından istifadə olunmuşdur?
A) Aşıq Abbas Tufarqanlı
B) Aşıq Ələsgər
C) Aşıq Qurbani
D) Xəstə Qasım
E) Sarı Aşıq
Bənddə işlənmiş bədii ifadə vasitəsini göstərin.
Namərdi özümə mən dost eylədim,
Yolunda canıma çox qəsd eylədim,
Söyüddən bağ saldım, peyvəst eylədim
Almasın, heyvansın, narın görmədim.

 
A) litota
B) kinayə
C) metafora
D) epitet
E) təzad
Qəlbimdən gələn səs mənə çox zadlar öyrədir. Haman səs pak və təmiz insafımın səsidir ki, hamıda o insaf var.
Sotkarınbu fikirləri C.Məmmədquluzadənin hansı əsərinə epiqraf verilmişdir?
 
A) "Danabaş kəndinin əhvalatları"
B) "Anamın kitabı"
C) "İranda hürriyyət"
D) "Ölülər"
E) "Bəlkə də, qaytardılar"
Bəzi şerlərini "Xançobani" təxəllüsü ilə yazan sənətkar:
A) Qasım bəy Zakir
B) Məhəmməd Bağır Xalxali
C) Sarı Aşıq
D) Seyid Əbülqasim Nəbati
E) Baba bəy Şakir
Bəzi şerlərini "Xançobani" təxəllüsü ilə yazan sənətkar:
A) Seyid Əbülqasim Nəbati
B) Məhəmməd Bağır Xalxali
C) Qasım bəy Zakir
D) Sarı Aşıq
E) Baba bəy Şakir
Səməd Vurğunun yaradıcılığı ilə bağlı faktları xronoloji ardıcıllıqla düzün.
1. "Azərbacan" şerinin yazılması
2. "Şairin andı" kitabın nəşri
3. "Vaqif" dramının yazılması
4. "Aygün" poemasının yazılması
A) 1, 3, 4, 2
B) 3, 2, 1, 4
C) 2, 3, 4, 1
D) 1, 2, 4, 3
E) 2, 1, 3, 4
Aşağıdakılardan biri XI əsrin sonu, XII əsrin əvvəllərində Şirvanşahlar sarayında yaşayıb-yaradan şairlərin sırasında verilə bilməz:
A) Fələki Şirvani
B) İzəddin Şirvani
C) Qətran Təbrizi
D) Əbül-üla Gəncəvi
E) Əfzələddin Xaqani
N.Vəzirovun "Müsibəti-Fəxrəddin" faciəsində Rüstəm bəy hansı səhnədə özünü "biiman" adlandırır, etdiyi hərəkətərin acı nəticəsindən sarsılır və özünə ölüm arzulayır?
A) oğlu Mahmudla söhbət etdiyi səhnədə
B) oğlu Rəşidin öldürülməsini yada sadıqda
C) qızı Səadət xanımla söhbət etdiyi səhnədə
D) Mahmudun ölümü səhnəsində
E) Fəxrəddinin ölüm səhnəsində
Füzulinin hansı əsərləri məzmun və ideya baxımındanbir-birinə oxşayır?
A) "Söhbətül-əsmar", "Bəngü Badə"
B) "Rindü Zahid", "Bəngü Badə"
C) "Şikayətnamə", "Rindü Zahid"
D) "Səhhət və Mərəz", "Rindü Zahid"
E) "Leyli və Məcnun", "Yeddi cam"
Hansı cərgə bütünlüklə C.Cabbarlının pyeslərindən ibarətdir?
A) "Boranlı qış gecəsi", "Qız qalası", "Ulduz", "Ədirnə fəthi"
B) "Ana", "Bahar", "Aslan və Fərhad", "Sevil"
C) "Od gəlini", "Sevil", "1905-ci ildə", "Dönüş"
D) "Əsrimizin qəhrəmanları", "Qürub çağı bir yetim", "Bahar", "Mənsur və Sitarə"
E) "Böhtan yazılıbdır", "Ana", "Aydın", "Mənsur və Sitarə"
Cəmi bir bəndən ibarət olan bu şerin janrını müəyyən edin.
Yerlərə baxma ki, torpaq, su görər,
Göylərə baxma ki, gün salar nəzər.
Qeyrətdən ölərəm, ey ruhum, inan,
Səni yuxuda da görsə bir nəfər.

 
A) bayatı
B) qitə
C) gəraylı
D) rübai
E) qoşma
Bunlardan ikisi elmi üslub üçün əlamətdir:
1. Məcazilik
2. Obrazlılıq
3. Mürəkkəb cümlə tiplərindən daha çox istifadə
4. Bədii təsvir və ifadə vasitələrindən istifadə
5. Termin sıxlığı
6. Dialektizm və loru sözlərin işlənməsi
A) 3, 5
B) 2, 4
C) 1, 6
D) 4, 6
E) 4, 5
Eyni üzvlə bağlı olub, eyni suala cavab verən bərabərhüquqlu üzvlər necə adlanır?
A) ara sözlər
B) həmcins üzlər
C) xüsusiləşmiş üzvlər
D) xitab
E) cümlənin baş üzvləri
İsimləşmiş sayın xüsusiyyəti kimi göstərilənlərdən biri səhvdir:
A) Hallana bilir.
B) Mənsubiyyət şəkilçisi qəbul edir.
C) Cəmlənə bilir.
D) Cümlədə təyin olur.
E) Mübtəda və tamamlıq rolunda çıxış edir.
Sözlərin birində səslərin sayı hərflərin sayından çoxdur:
A) müəllim
B) dostluq
C) ailə
D) həyat
E) sərbəst
Natiqlik sənəti necə adlanır?
A) etiket
B) etika
C) jest
D) ritorika
E) mimika
Cümlədəki modal sözün məna növünü müəyyən edin:
Xülasə, biz bu məsələni  qəti şəkildə həll etməliyik.
A) bənzətmə və ya müqayisə
B) nəticə, ümumiləşdirmə
C) təsdiq
D) təəssüf
E) fikrin mənbəyi
"Ağlaşdıq" felinin morfoloji təhlilindəki səhv hansı sıradadır?
A) məlum növdədir
B) "ağlamaq" felindən düzəlmiş düzəltmə feldir
C) felin xəbər şəklindədir
D) şühudi keçmiş zamandadır
E) təsirsizdir
Feli xəbərli cüttərkibli müxtəsər cümləni göstərin.
A) Kərim, işığı yandır.
B) Vaxtsız ölüm, məndən uzaq dolan, dur
 (S.Vurğun)
C) Bakının küçələri gözəlləşir.
D) Əmim oğlu bizə gəldi.
E) Bizə bir xal lazımdır.
"Əzizin dizi titrədi, yavaşcadan çamadanın üstündə oturdu" tabesiz mürəkkəb cümləsinin tərkib hissələri arasında hansı məna əlaqəsi var?
A) qarşılaşdırma
B) ardıcıllıq
C) səbəb-nəticə
D) aydınlaşdırma
E) zaman
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top