Tapılan ümumi test sayı : 26

Tənə sözünün leksik təhlili ilə bağlı fikirlərdən biri səhvdir:
A) Omonim kimi işlənə bilmir.
B) Təkmənalı sözdür.
C) Alınma sözdür.
D) Ümumişlək sözdür.
E) "Cəza" sözü ilə sinonimdir.
Rənglər könlümüzdən keçir
isti, sərin küləklər kimi.
Nəğmələr, sözlər, səslər
qəlbimizə dolur müxtəlif səslər kimdir?

Şer parçasının müəllifi kimdir?
A) M.Şəhriyar
B) S.Vurğun
C) M.Müşfiq
D) R.Rza
E) S.Rüstəm
Q.Zakirin aşağıdakı əsərlərindən biri satirə deyil:
A) "Bax" rədifli məktubu
B) "Vilayətin məğşuşluğu haqqında"
C) "Şuşa mollaları haqqında"
D) "Qarabağ qazisi"
E) "Eylər" müxəmməsi
N.Vəzirovun insanı qəddarlaşdıran burjua mühitinin yırtıcı qanunlarını ifşa edən əsəri:
A) "Adı var, özü yox"
B) "Yağışdan çıxdıq, yağmura düşdük"
C) "Təzə əsrin ibtidası"
D) "Pəhləvani-zəmanə"
E) "Müsibəti-Fəxrəddin"
"Sizi deyib gəlmişəm, ey mənim müsəlman qadaşlarım" sözləri ilə başlayan müraciətnamə kimə məxsusdur?
A) C.Məmmədquluzadəyə
B) M.Hadiyə
C) Ü.Hacıbəyova
D) Ə.Ağaoğluya
E) M.Ə.Sabirə
"Dialogiya" və "trilogiya" epik növün hansı janrına aid anlayışlardır?
A) povest
B) roman
C) oçerk
D) hekayə
E) təmsil
M.P.Vaqifin əruz vəznində yazdığı şerləri:
1. "Pəri"
2. "Bax"
3. "Hayıf ki, yoxdur"
4. "Görmədim"
5. "Zeynəb"
A) 2, 4
B) 3, 4
C) 2, 5
D) 1, 2
E) 4, 5
"Kitabi-Dədə Qorqud" dastanında aparıcı mövzu:
A) dostluq
B) təbiət və insan gözəlliklərinin təsviri
C) qəhrəmanlıq və vətənpərvərlik
D) əmək
E) məhəbbət
Sənətkarlardan biri Azərbaycan mühacirət ədəbiyyatının nümayəndəsi deyil:
A) M.Ə.Rəsulzadə
B) H.Cavid
C) Ə.Hüseynzadə
D) Ə.Ağaoğlu
E) A.İldırım
Bədii dildə çox geniş yayılmış məcaz növlərindən biridir. Köçürmə mənasını ifadə edir. Bir əşya və yaxud hadisənin müəyyən əlamətlinin başqa əşya üzərinə köçürülməsinə deyilir.
Bu hansı məcaz növüdür?
A) metonimiya
B) mübaliğə
C) metafora
D) bənzətmə
E) epitet
Konkret isimləri göstərin.
A) sevgi, həyat
B) dostluq, kədər
C) xeyirxahlıq, istək
D) düşüncə, duyğu
E) ələk, ağac
Cümlələrin birində xəbər mübtəda ilə kəmiyyətcə uzlaşmayıb:
A) Biz vətənə layiqli övlad olmalıyıq.
B) Siz gəncləşirsiniz, tarix qocalır.
C) O, qəhrəmancasına döyüşürdü.
D) Onlar imtahanlara ciddi hazırlaşırlar.
E) Məktəblilər qonaqları böyük həvəslə qarşıladı.
"Hələlik salamat qalın, görüşənə qədər"  ifadələri nitq etiketlərinin hansı növünə daxildir?
A) görüşmə
B) alqış
C) ayrılma
D) müraciət
E) təbrik
Hansı cərgədəki sözlər fel şəkillərinin hekayə və şərtinə aiddir?
A) aparmışdı, gəldisə
B) gəlmişdi, baxırmış
C) görsə, görmürmüş
D) alacaqdı, apararmış
E) qaçdı, baxmışsa
Aşağıdakı sözlərin neçəsində kar samit vardır?
adam, kağız, raket, boz, gül, alov, şam
A) 2
B) 3
C) 5
D) 1
E) 4
Bir cür yazılan şəkilçini göstərin.
A) -kar
B) -mış
C) -araq
D) -ar
E) -dıqca
Dialekt sözlərindən ibarət cəgəni göstərin.
A) çağdaş, durum, soyad
B) kvadrat, oksigen, reylef
C) ayıtmaq, damu, sayru
D) rəndə, isgənə, balta
E) becid, peyğəmbəri, nimdər
Bağlayıcının növünü müəyyənləşdirin.
Yazıq Ələsgərdən üz döndəribsən,
Ya bəxt yatıb, ya zamana dönübdü.

 
A) inkar
B) bölüşdürmə
C) qarşılaşdırma
D) iştirak
E) aydınlaşdırma
"Bu tədbir ardıcıl olaraq davam etdiriləcək" nümunəsində cümə üzvlərindən hansı işlənməyib?
A) mübtəda
B) təyin
C) zərflik
D) xəbər
E) tamamlıq
Hansı xüsusiyyət elmi üslub üçün məqbul sayılmır?
A) obrazlılıq, emosionallıq
B) məntiqlik, ardıcıllıq, konkretlik
C) elmi təfəkkürün ifadə vasitəsi olmaq
D) müəyyən bir elm sahəsinin dili olmaq
E) terminlərin olması
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top