Tapılan ümumi test sayı : 26

Misraları iki-iki qafiyələnən şer forması:
A) məsnəvi
B) bayatı
C) müxəmməs
D) qoşma
E) rübai
S.Ə.Şirvaninin bu təmsillərindən birində "yaxşılıq itmir" ideyası təbliğ olunur:
A) "Siçan və Pişik"
B) "Qaz və Durna"
C) "Xoruz və Çaqqal"
D) "Ayı və Siçan"
E) "Aslan və iki öküz"
M.Ə.Sabirin bu şerlərindən birində öz ana dilini elm dili saymayanlar, bu dildə danışmağı eyib sayanlar ifşa olunur:
A) "Yatmayın, allahı sevərsiz"
B) "Kim nə deyər bizdə olan qeyrətə?!"
C) "Ürəfa marşı"
D) "Hə, de görüm"
E) "Bizə nə?"
...dedim ki, sən qalma işdən,
    Gedim mən axtarım, görüm hardadır.

S.Vurğunun "Aygün" poemasından götürülmüş bu misralarda nöqtələrin yerinə hansı ad yazılmalıdır?
A) Nemətə
B) Ülkərə
C) Aygünə
D) Əmirxana
E) Elyara
N.Vəzirovun bu komediyasında mülkədarların qayğısız və harın yaşayışı, tüfeyli həyatı tənqid olunur:
A) "Yağışdan çıxdıq, yağmura düşdük"
B) "Müsibəti - Fəxrəddin"
C) "Adı var, özü yox"
D) "Pəhləvani - zəmanə"
E) "Ev tərbiyəsinin bir şəkli"
XIII-XIV əsrlər Azərbaycan ədəbiyyatında ən mühüm ədəbi hadisə:
A) farsca yazan şairlərin hökmdarlar tərəfindən himayə olunması
B) Nizami ənənələrinin davam etdirilməsi
C) poema janrının inkişafı
D) Azərbaycan dilində yazan şairlərin çoxalması
E) qəzəl janrının məhdud çərçivədən çıxıb ən mühüm ictimai mətbələri də əhatə etməsi
XIII-XIV əsrlər Azərbaycan ədəbiyyatında ən mühüm ədəbi hadisə:
A) qəzəl janrının məhdud çərçivədən çıxıb ən mühüm ictimai mətbələri də əhatə etməsi
B) Azərbaycan dilində yazan şairlərin çoxalması
C) poema janrının inkişafı
D) Nizami ənənələrinin davam etdirilməsi
E) farsca yazan şairlərin hökmdarlar tərəfindən himayə olunması
M.P.Vaqifin yaradıcılığında hansı janrda yazılmış əsərlər üstünlük təşkil edir?
A) gəraylı
B) qəzəl
C) müxəmməs
D) qoşma
E) qəsidə
"Kitabi-Dədə Qorqud" dastanında oğuz igidlərini birləşdirən əsas cəhət:
A) düşmənə heç vaxt aman verilməməsi
B) vətən, yurd sevgisi
C) rəhmdillik
D) yüksək səmimiyyət, səxavət
E) əməyə bağlılıq
Aşağıdakı sənətkarlardan biri mühacirət ədəbiyyatının nümayəndəsi deyil:
A) M.Müşfiq
B) Ə.Hüseynzadə
C) M.Ə.Rəsulzadə
D) Ü.Banin
E) A.İldırım
Bunlardan biri əks anlayışların, vəziyyətlərin qarşılaşdırılması yolu ilə yaranır:
A) mübaliğə
B) təzad
C) metonimya
D) metafora
E) təşbeh
Verilmiş sözlərdəki qalın saitlərin hamısı hansı bənddə tam əhatə olunmuşdur?
qaranlıq, kitab, uşaq, ələk, dəniz, üz, eniş
A) ü, a, i
B) i, ü, a
C) a, ı, u
D) i, ü, ə
E) a, ı, o
Tabesizlik əlaqəsi ilə bağlananlar hansılardır?
A) təyinlə mübtəda
B) zərfliklə xəbər
C) tamamlıqla xəbər
D) mübtəda ilə xəbər
E) həmcins üzvlər
Hansı cərgədəki sözlər fel şəkillərinin hekayə və şərtinə aiddir?
A) gəldi, almışsa
B) qorumuşdu, yazdısa
C) görəcəkdi, baxarmış
D) baxsa, görmüşmüş
E) axmışdı, görür
"Biz sabah tezdən yola düşməliyik" cüümləsində hansı cümlə üzvü işlənməyib?
A) tamamlıq, zərflik
B) təyin, zərflik
C) təyin, tamamlıq
D) yalnız təyin
E) yalnız tamamalıq
Hansı söz quruluşca sadədir?
A) nainsaf
B) namərd
C) namus
D) naümid
E) naxoş
Dialekt sözləri nədir?
A) Məhəli xarakterli sözlərdir.
B) İxtisas və peşə ilə bağlı sözlərdir.
C) Bir-birinə yaxın mənalı sözlərdir.
D) Bir-birinə əksmənalı sözlərdir.
E) Nitqdə əsasən, hamı tərəfindən işlədilən sözlərdir.
Mücərrəd mənalı ismi göstərin.
A) bitki
B) qoruq
C) qorxu
D) meydança
E) gözlük
"Salam, xanım! Xoş gördük! Gün aydın! Axşamınız xeyir!"   sözləri nitq etiketlərinin hansı növünə aiddir?
A) görüşmə
B) ayrılma
C) təbrik
D) alqış
E) müraciət
"Gah gün çıxır, gah da bulud olurdu"   cümləsində işlənən bağlayıcı hansı növə aiddir?
A) birləşdirmə
B) iştirak
C) inkar
D) qarşılaşdırma
E) bölüşdürmə
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top