1. antonimi: bükülü
İndi xanım da görürdü ki, Güləbətinin qolu dirsəyə qədər açıqdır (M.İbrahimov); Bükülü o qədər ağır idi ki, Güləbətin zorla yeriyir... (M.İbrahimov)
2. antonimi: donuq
Təbrizin açıq-mavi göyləri, ayna kimi təmiz üfüqləri daralmağa, onu boğmağa başlayırdı (M.İbrahimov); Bizi çeşmək taxmış, donuq sifətli, yaşlı bir qadın qarşıladı (“Azərbaycan”)
3. antonimi: gizli
Tələbələrdən Qurban Mərəndi adlı birisi öz açıq fikirləri və cəsarətli hərəkətləri ilə Firidunun diqqətini cəlb etmişdi (M.İbrahimov); Hər duyan qəlbin, əzizim, gizli bir sevdası var (S.Vurğun)
4. antonimi: tutqun
Yığıncaqdan sonra artistlər açıq havada konsert verdilər (S.Rüstəm); İndi də hava boğuq və tutqun idi (M.İbrahimov)
5. antonimi: tünd
Mən də belə düşünürəm, yoldaş mayor, qəhvəyi rəngli avtomobil günəş şüası altında açıq rəngli, kölgədə isə tünd görünə bilər (C.Əmirov)
6. antonimi: yumulu
Buyurun, qapımız açıqdır sizə; Yurdu tapşırırıq əllərinizə (S.Vurğun); Bağır Nurcabbarın yumulu gözlərinə baxa-baxa başını buladı (İ.Məlikzadə)
Top