Aşbaz Abbas bir tas daşma aş asmış, asmışsa da, amma bir az az asmış.
Ay axır çərşənbə axşamı, gəlmişəm səninlə çərşənbələşəm, çərşənbələşsən də çərşənbələşəcəyəm,çərşənbələşməsən də çərşənbələşəcəyəm.
Ay axsaq aşpaz Həsən şah, aşpazlar aş bişirir, sən də gəl aş bişir, ay axsaq aşpaz Həsən şah!
Ay ağ qılquyruq qırqovul, qara qılquyruq qırqovulu gördünmü?
Ay qılquyruq qırqovul, gəl bu kola gir, qılquyruq qırqovul.
Ay fatalı, huy fatalı, çatı gətir, çay içində tay çataq.
Ay göy-ala qarğa qardaş, mənimlə qardaş olsan da səninlə qardaş olacağam, olmasan da səninlə göy-ala qarğa qardaş olacağam.
B
Bacadan damcı düşdü şıp nənəmin barmağına.
Bayram günü gələcik sizə bayramlaşmağa. Bayramlaşsaz da bayramlaşacıq. Bayramlaşmasaz da bayramlaşacıq.
Bazarda nə ucuz? Mis ucuz, duz ucuz, kuncut ucuz.
Bir bərbər bir bərbərə "Ey bərbər, gəl qardaş, biz birlikdə Bərbəristanda bir bərbər dükanı açaq." demiş.
Bir bərbər o biri bərbərə dedi ki, bir bəri bax.
Bir tarlaya iki kürkü cırıq keçəl kor kirpi dadanmış. Biri kürkü cırıq erkək keçəl kor kirpi digəri kürkü cırıq dişi keçəl kor kirpi. Kürkü cırıq kişi keçəl kor kirpinin kürkünü kürkü cırıq dişi keçəl kor kirpinin kürkünə; kürkü cırıq dişi keçəl kor kirpinin kürkünüdə kürkü cırıq erkək keçəl kor kirpinin kürkünə əlavə etmişlər.
Biz onlara dərs verək deyərkən onlar da bizə dərs vermişlər, indi gedib onlara bir dərs daha verək də biz onlara dərs verərkən gəlib bizə dərs vermək nəymiş görsünlər.
Boz atın boz torbasın boş as başınnan, apar, islat gətir, yaş as başınnan.
Bu qatığı sarımsaqlayıb saxlasaqmı, sarımsaqlamasaqdamı saxlasaq.Bu qılquyruq qırqovul
Bu qılquyruq qırqovul qırxquyruq qırqovul imiş.
Bu mis nə pis mis imiş; bu mis Kaşan misi imiş.
Bu şorbanı nanələşdirməlimi də yeməli, nanələşdirməməli də yeməli?
Dadaş dayı Dəmirin danalarını damın dalında döydü.
Dadaş dayı, danaları damın dalında döymə.
Dadaş dayı dedi:
Dəmirin danaları damın dalındakı darıları dağıtdığıyçün danaları döyəcəyəm.
Dəmir dayı danaları döydü.
Dağdan dığırlanır dığır-dığır dığdığa.
Dəyirmana girdi köpək, dəyirmançı vurdu kötək; həm kötək yedi köpək, həm kəpək yedi köpək.
Dəmirçi Dadaş dayı, dədəm deyir ki, dəmiri daşa, daşı dəmirə döyməsin. Dəmiri daşa, daşı dəmirə döysə daş deşilər.
Dilim-dilim olasan, ay dilim, dedim dinmə. Dilim dedi: dinməz idim, dindirdilər dindim mən.
Dörd dəryanın dərəsini dörd dərgahın dərbəndinə təhvil versələr,
dörd dəryadan dörd dərd, dörd dərgahdan dörd nəhəng çıxar.
E
El aləm al dana aldı, aladanalandı da
biz bir ala dana alıb aladanalanamadıq.
Ey dibi quru qabığı quru kobud qarağac ,məni gördüncəmi qurudun
ey dibi quru qabığı qara-qara ağac məni görmedinmi qurudun.
G
Getdim gördüm bir bərədə bir bərbər o biri bərbəri bər-bər bəyirdir. Dedim sən bərbər bu bərbəri niyə bər-bər bəyirdirsən? Dedi bu bərbərin atası bərbər mən bərbərin atası bərbəri vaxtilə bər-bər bəyirtdiyi üçün indi mən bərbər bu bərbəri bər-bər bəyirdirəm.
Getdim, gördüm bir dərədə iki kar, kor, kürkü yırtıq kirpi var. Dişi kar, kor kürkü yırtıq kirpi erkək kar, kor, kürkü yırtıq kirpinin kürkünü yamamaqdansa, erkək kar, kor kürkü yırtıq kirpi dişi kar, kor kürküyırtıq kirpinin kürkünü yamayır.
Getdim, gördüm bir dərədə yeddi qara, qaşqa, təpəl, səkil keçi var.
Dedim: - Ay yeddi qara, qaşqa, təpəl, səkil keçi, mənim yeddi qara, qaşqa, təpəl, səkil, keçimi gördünmü?
Dedi: - Sənin o yeddi qara, qaşqa, təpəl, səkil keçin mənim yeddi qara, qaşqa, təpəl, səkil keçimin yeddi qara, qaşqa, təpəl, səkil balasıdı.
Göy cöngə, gömgöy cöngə, dümgöy cöngə.
Göydən bir damla düşdü, şıp mənim alnıma,
şıp anamın alnına, şıp mənim alnıma, şıp anamın alnına...
Mən də, mən də
- Gəl gedək bağa,
- Mən də, mən də.
- Çıxaq budağa,
- Mən də, mən də.
- Şaftalı yığaq,
- Mən də, mən də.
- Bağban gəlsin,
- Mən də, mən də.
- İti qışqırsın,
- Mən də, mən də.
- İt mənə hürsün,
- Mən də, mən də.....
Mollanı əmmamələməlimi, əmmamələməməlimi?
O
Ocağı qığılcımlandırma, qığılcımlandırsan da qığılcımlandıracağam, qığılcımlandırmasan da qığılcımlandıracağam.
P
Çəp keçi çəp keçidi çəpəki keçib çəpərə keçər.
Q
Qalayçı Qasım qardaş qazanı qalaylaya-qalaylaya qaldırıb qoyur.
Qara qaranı qarayla qaralayırdı,
Qaralanan qara qaradan qaralanırdı.
Qartal qalxar dal sallanar, dal sallanar qartal qalxar.
Qatığı sarımsaqlasan da yemək olar, sarımsaqlamasan da.
Qırx qazan qirx küp qulpu, xub qırx qazan qırx küp qulpu.
Qırx küp, qırxının da qulpu qırıq küp.
Qovlamalaşsan da qovlamalaşacağam, qovlamalaşmasan da qovlamalaşacağam.
S
Siz bizim Azərbaycanlaşdırdıqlarımızdansınızmı, yoxsa Azərbaycanlaşdırmadıqlarımızdansınızmı?
Sizin allı ballı qapaqlı bayquşunuz bizim allı ballı qapaqlı bayquşumuza necə allı ballı qapaqlı bayquş demiş...
Sizin damda var beş boz başlı beş boz ördək, bizim damda var beş boz başlı beş boz ördək. Sizin damdakı beş boz başlı beş boz ördək; bizim damdakı beş boz başlı beş boz ördəyə: "Siz də bizim kimi beş boz başlı beş boz ördəksiniz." demiş.
Y
Yarpağın üstündə bir tırtıl, yarpağı yeyir tikə-tikə, yarpağı yemə murdar xain tırtıl.