1. antonimi: ağarmaq
Günəş üfüqdə yandı; Qızardı yavaş-yavaş (M.Müşfiq); Hamıdan gec yatıb qalxdınız erkən; Ağardı dan yeri gözlərinizdə (B.Vahabzadə)
2. antonimi: bozarmaq
Kişinin sifəti bozardı (Ə.Vəliyev); Zoyanın yanaqları qızardı (S.Vəliyev)
3. antonimi: sırtılmaq
Ruqiyyə mətləbi anladı, ətrafa baxdı, bir kəs yox idi. Dan şəfəqi kimi qızardı (A.Divanbəyoğlu); Səndə təqsir odur ki, uşaq vaxtında fağırı haqq yerə, nahaq yerə o qədər döydün ki, axırda sırtıldı... (Ə.Haqverdiyev)
Top