1. antonimi: sakit
Azərbaycan ədəbi dili qılınc döyüşünü andıran qızğın münaqişələr, kəskin deyişmələr dilidir (M.İbrahimov); Ölkənin sakit, işıqlı həyatı da düşmən gülləsindən bircə anda beləcə pozulmuşdu (S.Qədirzadə)
2. antonimi: soyuq
Yəni dəmiri qızğın ikən yastıla (S.S.Axundov); Dəryanın baxışları soyuq, səsi yad idi (S.Qədirzadə)
3. antonimi: zəif
Becərmənin qızğın dövrü idi (M.İbrahimov); Elə bil zəif ürəyi həmişəlik olaraq sağaldı (Ə.Vəliyev)
Top