1. antonimi: tənbəllik
Cahanın qoçaqlığını ondan bil ki, bu yaşında üç-dörd ayın içində savadlandı (Ə.Haqverdiyev); Gözünə döndüyüm Anaxanım da eləmə tənbəllik, elə birinci kərə doğum evindən çıxanda nə az, nə çox, gözəl-göyçək üç uşaq gətirdi (S.Qədirzadə)
2. antonimi: qorxaqlıq
A qardaş, bircə qulaq as, gör nə deyirəm, sən qoçaqlığı lap qələt anlayırsan (M.F.Axundzadə); Toxtat özünü; Qorxaqlıq daha sənə eyibdir! (İ.Tapdıq)
Top