1. antonimi: əsaslı
Elm adına bir quru böhtandı bu! Nifrətə şayandı bu! (M.Ə.Sabir); ...Kolxozun rəhbər işçiləri əsaslı səbəb olmadan və rayon təşkilatları ilə razılaşdırılmadan tez-tez vəzifələrindən dəyişdirilir (Ə.Vəliyev)
2. antonimi: ətli
Gözlərini anasının yanına sallanmış damarlı, quru əllərinə zillədi (Ə.Məmmədxanlı); Qırmızı gilasa oxşar ətli dodaqları və balaca zərif burnu vardı (S.Qədirzadə)
3. antonimi: mülayim
Dəmir quru və tələbkar bir sifət aldı (S.Rəhimov); Lakin deyəsən, o yenə əvvəlki kimi gülərüzlü, sakit, mülayim idi (M.İbrahimov)
4. antonimi: rütubətli
Torpaq qurudur, göydən bir damcı da düşməmişdi. Mən bu əsərimi indi yaşadığım kiçik, rütubətli, qaranlıq zirzəmidə yaradıram (S.Vəliyev)
5. antonimi: sulu
Dağda, dənizdə, quru çöllərdə, ormanda yaşayan canlı heyvanlar, onların yeyib-içməsi və şəkilləri də fərqlidir (M.S.Ordubadi); Sulu əllərini əvvəlcə saçına, sonra da saqqalına çəkdi (İ.Şıxlı)
6. antonimi: təzə
Yediyi, içdiyi həmişə dişləmə çay ilə quru çörək idi (B.Talıblı); Təzə çörəyin iyi həyəti bürümüşdü (M.İbrahimov)
7. antonimi: yağışlı
Son vaxtlar rayonlarda havalar quru yox, yağışlı keçir
8. antonimi: yağlı
Daima qısqanan ürkək bir həyat; Məncə bu dünyada bir quru səsdir (S.Vurğun); Mən bədbəxt də bu tülkülərin yağlı dillərinə aldandım (C.Əmirov)
9. antonimi: yaş
Qurunun oduna yaş da yanar (Ata. sözü)
10. antonimi: yumşaq
Yazıq bir parça quru çörəyi də göz yaşı ilə yeyir (A.Şaiq); Qonşusu isə ehmalca başını tərpətdi, yanaqları yumşaq rahətül-hülqum kimi titrədi (S.Qədirzadə)
Top