1. antonimi: bataqlıq
Adanın quruluq hissəsində oturub dənizə baxırdıq. Gəl danışaq ki, bataqlığa gedən namərddir (M.İbrahimov)
2. antonimi: canlılıq
Əsərin dilində quruluq var. Roman canlılığı ilə oxucunu razı salır
3. antonimi: köklük
Onun quruluğunu zahiri görünüşündən təyin etmək olur (“Ulduz”); Dayıdostum anasının köklüyünə işarə ilə söhbətə qarışdı (S.Qədirzadə)
4. antonimi: nəmlik
O, köksündə nə isə tənglik, bundan başqa boğazında da bir quruluq hiss edirdi (Ə.Əbülhəsən); Qar az yağdığından torpağın nəmliyi kifayət deyil (Ə.Vəliyev)
Top