1. antonimi: boşaltmaq
Körpə ağacların dibini boşaltmaq yox, möhkəmlətmək lazımdır ki, külək onları kökündən çıxartmasın
2. antonimi: sarsıtmaq
Bu çarpışma onun iradəsini möhkəmlətdi (Mir Cəlal); Bu fikir qıza rahatlıq vermir, onun bütün iradəsini sarsıdırdı (C.Əmirov)
3. antonimi: zəiflət-mək
Öz mövqeyini möhkəmlətdi (M.Hüseyn); Bu bir ayda fikir məni xeyli zəiflətdi, rəngim ağardı (M.İbrahimov)