1. antonimi: kobudluq
Mən mülayimlik və mətanət göstərdiyim üçün əsirlikdə əziyyət çəkmədim (M.Talıbov); Onun sözləri sanki Qaraşın soyuq rəftarının, kobudluğunun izlərini silib apardı (M.İbrahimov)
2. antonimi: sərtlik
O saat səsinə mülayimlik gəldi (Çəmənzəminli); Xanım bu acı və istehza ilə dolu sözlərə Güləbətinin bu vaxta qədər görmədiyi bir sərtlik və qətiyyətlə son qoydu (M.İbrahimov)
Top