1. antonimi: basırıq
Seyrək yerlərə əlavə toxum səpirlər (Ə.Vəliyev); Mədənin qapısı da çox basırıq idi (M.S.Ordubadi)
2. antonimi: qatı
Göy üzündə seyrək bulud var idi (Ə.Vəliyev); Andıra qalmış duman da elə qatıdır ki, gözə barmaq təpsən görünməz (H.Nadir)
3. antonimi: sıx
Bəzi sahələrdə pambıq çox seyrəkdir (M.İbrahimov); Bu çəməndə bitən otlar o qədər sıx və uca idi ki, kəndlilər məni görmürdülər (M.Talıbov)
Top