1. antonimi: bərkimək
Bərkidi ayağı, açıldı əli; Yüyürdü həyətə, atıldı çaya (H.Hüseynzadə)
2. antonimi: büzüşmək
İsti dəydikcə donları açılırdı. Soyuqdan büzüşmüşdülər (“Ulduz”)
3. antonimi: qapanmaq
Bir şey aydın idi ki, o zaman bulanlıq selə düşüb hara getdiyini bilməyən adam kimi gözləri qapanmışdı (M.İbrahimov); Hər kimə vurub, yapış desən, yapışar, açıl desən açılar (A.Şaiq)
4. antonimi: örtülmək
Dalanda ayaq səsi eşidildi, dərhal evin qapısı zərblə açıldı (Mir Cəlal); Qapı uşaqların üzünə örtüldü (İ.Şıxlı)
5. antonimi: solmaq
Gül ilə həmzəban olubdu bülbül; Açılıb bənövşə, yasəmən, sünbül (Q.Zakir); Həyətdəki güllər soldu (“Ulduz”)
6. antonimi: tutulmaq
Ürəyim, ciyərim xarab, mədəm xarab, dilim də gah tutulur, gah açılır (S.S.Axundov)
7. antonimi: yığılmaq
Qarmon kimi gah yığılır, gah açılır dağ yolları (T.Şahdağlı)
8. antonimi: yumulmaq
Açıldı, yumuldu qatı duman, sis; Buz salxımsalxımdır, qar yumaq-yumaq (H.Hüseynzadə)
Top