1. antonimi: heyifsilənmək
Sevinsin, şadlansın çöl də, çəmən də (C.Novruz); Mən başqa şeyə heyifsilənirəm (C.Əmirov)
2. antonimi: kədərlənmək
Şadlanmağın da, kədərlənməyin də yerini başa düşürük (İ.Fərzəliyev)
3. antonimi: qəhərlənmək
Gənc qız bundan çox şadlanır və mənim sevgimə inanırdı (M.S.Ordubadi); Fəridə özünü saxlaya bilməyib yaman qəhərləndi (M.İbrahimov)
4. antonimi: qəribsəmək
O, uşaqların hərəsinə bir şey verməklə sevindirər, özü isə hamıdan artıq şadlanardı (Mir Cəlal); Beşiklər körpə üçün qəribsəyir
Top