1. antonimi: bərk
Əvvəl yavaş, sonradan bərk öskürdüm (Mir Cəlal)
2. antonimi: cəld
Qız yavaş addımlarla onu izləyir (M.Hüseyn); O cəld xəstələrin yanına qaçdı (C.Məmmədov)
3. antonimi: sürətli
Bu məktub gecəyarısı Hacı Həsənin içəri otağında yavaş səslə oxundu (Mir Cəlal); Şairin iti gözü, həssas ağlı, həm də sürətli yerişi var..
4. antonimi: tez
Stəkanı nəlbəkiyə yavaş qoy (Mir Cəlal); Tez əncir ağacının altına çəkildim və fikirləşdim (Y.Əzimzadə)
5. antonimi: tələsik
– Ay lələ, yavaş sürün! (Mir Cəlal); Sürmə xala Əzizi hamamxanaya salıb mətbəxə qayıtdı və tələsik yemək hazırlamağa başladı (S.Rəhimov)
Top