1. antonimi: alçaq
Yolun üst tərəfində, yüksək qayaların döşündə... şam ağacları görünürdü (S.Şamilov); Qədirin vay xəbəri çoxdan alçaq daxmanı titrətmişdi (Mir Cəlal)
2. antonimi: aşağı
Yalnız bir nöqsanı vardır ki, səviyyəcə yüksək deyil (M.Hüseyn); Onun səviyyəsi çox aşağıdır (“Ulduz”)
3. antonimi: az
Müəllim intiqam hissinin yüksək və müqəddəsliyindən hərarətlə bəhs edirdi (Ə.Sadıq); Bu il bizim bağımız az məhsul verəcək