1. antonimi: dik
Dərədə gen, dikdə dardır, dağ yolları (T.Şahdağlı)
2. antonimi: döş
Yay da yaman gəldi bu tərəflərə; Dərələr qaynadı, döşlər qaynadı (H.Hüseynzadə)
3. antonimi: düz
Qarşıya birdən-birə; Çıxdı uçurum dərə (A.Şaiq); Neçə dağ, neçə düz, neçə kənd, şəhər ötdük; Biz havaya qalxandan bəri (B.Vahabzadə)
4. antonimi: təpə
O gah dərəyə enir, gah təpəyə qalxırdı (G.Hüseynoğlu)
5. antonimi: zirvə
Necə də bozarıb dərələr, düzlər; Qarlı zirvələri fikir aparmış (H.Hüseynzadə)
Top