1. antonimi: əyləşmək
Durdum ki, evimizə gedib bu arsızı doydurum (A.Divanbəyoğlu); Onlar əyləşdilər və Sərdarın kefini soruşdular (M.S.Ordubadi)
2. antonimi: getmək
...Di, burada niyə durubsan, buyur, gedək mənzilə (C.Məmmədquluzadə)
3. antonimi: oturmaq
Sakitcə oturmuşuq; Bir tərəfdə durmuşuq (İ.Tapdıq)
4. antonimi: uzanmaq
Səhər durub Sabunçu məktəbinə getməyə hazırlaşdım (A.Şaiq); Əlini yastıq edib uzandı yastığına (S.Rüstəm)
5. antonimi: yıxılmaq
Mat-qut dayanıb durdum; Qarşısında şairin (S.Rüstəm); Sənin yanında Rəsulova dedim ki, yıxılmışam, burnum qanayıb (C.Əmirov)
Top