1. antonimi: bəxtəvər
Olmasaydı əgər bu üç xoş gün; Mənim ömrüm olurdu düşkün (A.Səhhət); Bəxtəvər başıma, yaxşı tapmışam xoşbəxtliyin yolunu (M.İbrahimov)
2. antonimi: gümrah
Tərlanım, tərlanım, gözəl tərlanım; Sənə qurban olsun bu düşkün canım (S.Vurğun); Bu gümrah, bəxtiyar gəncləri görcək; Xəyalən dolanıb gəzdim dünyanı (O.Sarıvəlli)
3. antonimi: vicdanlı
Cahangir ağa zəif iradəli, naqis ağıllı, düşkün fikirli adam idi (Ə.Vəliyev); Mən vicdanlı adamam, razı olmaram ki, sizin kimi yaxşı yoldaşa qarşı qrup düzəltsinlər (İ.Fərzəliyev)
Top