1. antonimi: açıq
İlanlar fışıldayır kol-koslar arasından; Ayağa dolaşan düyünlü kəndir kimi (S.Rüstəm); Simon yol açıqdır, gedə bilərsən (B.Vahabzadə)
2. antonimi: şad
Sevdiyim əyninə geyibdi ağı; Çəkibdi sinəmə düyünlü dağı (“Abbas və Gülgəz”); Ürəkdən şadam ki, elə oğlunuz var (Ə.Vəliyev)
3. antonimi: yaslı
İndi elimizin toylu-düyünlü günləri başlayır (M.Süleymanlı); Yaslı gəlinlərin, yaslı qızların; Ahından əridi dağların qarı (S.Vurğun)
Top