1. antonimi: dolama
Düz yolla getməyi özünə ölüm bilir. Dolama yollarda maşının sizi nə qədər atıb-tutduğunu təsəvvür edin (S.Vəliyev)
2. antonimi: xor
Ovçu ovun düz görə; Düz dolana, düz görə; Mən yara neylədim ki; Atdı məni göz görə (Bayatı); Xor baxarsan, ac qalarsan (Ata. sözü)
3. antonimi: köndələn
Yolu gah düzünə, gah köndələninə getmişdim, şəhərin axşam qaynarındakı izdiham içində çox sıxcalanmışdım, çox çalxalanmışdım... (Ə.Məmmədxanlı)
4. antonimi: nahamvar
Düz yolla gedən yorulmaz (Ata. sözü); Evin nahamvar palçıq döşəməsinə kandar tərəfdə xaral sərilmişdi (S.Qədirzadə)
5. antonimi: yalan
Düz sözə nə demək olar?! (İ.Əfəndiyev); Yalan sözə nə verirlər (“Ulduz”)
6. antonimi: yaman
Bircə sən düz adamsan (C.Əmirov); Bu dünyada üç şey başa bəladı; yaman oğul, yaman arvad, yaman at (Aşıq Ələsgər)
7. antonimi: yanlış
Ona elə gəldi ki, döyüşçü düz məlumat vermir (S.Vəliyev); Elə isə, qızım, mənə yanlış məlumat veriblər (S.Vəliyev)
Top