Xalqımızın həyat tərzi, ənənələri, milli irsi, ulularımızın, mürdik təfəkkür sahiblərinin hikmətli kəlamları, öyüd və nəsihətləri yüksək mənəvi-əxlaqi dəyərlər kimi cəmləşərək yetişməkdə olan gənc nəslin tərbiyəsində qüdrətli örnək rolunu oynamışdır. Əxlaqi keyfiyyətlər insanın şəxsiyyət kimi ucalmasını, cəmiyyət arasında hörmətinin artmasını şərtləndirir.         Hər insan haqqında demək olmaz ki, bu mədəni insandır. Mədəni insan birinci növbədə dünyagörüşlü, savadlı olmalıdır. Özündən böyüyə və kiçiklərə hörmət və qayğı ilə yanaşmalıdır. Mədəni insan ağayana, alicənab, sadə, səxavətli, ədəbli və mərifətli olmalıdır.
        Geyiminə, danışığına, oturub-duruşuna fikir verməlidir. Düz olmalı, doğma yurdunu, onun tarixini sevməli, həyatını, canını, qanını bu yurdun, torpağın, xalqın səadəti və xoşbəxtliyi uğrunda mübarizəyə həsr etməlidir.
        Mədəni insan qarşısındakı ilə incə davranmalı, danışanı dinləməyi bacarmalı, sözünü yarımçıq kəsməməlidir. İstər evdə, ailədə, istər kollektivdə, istərsə də cəmiyyətdə necə hərəkət etmək lazım olduğunu bacarmalıdır.
        Mənəvi keyfiyyətlər tərbiyə prosesində aşılanıb formalaşır. İnsan necə düşünürsə, münasibətləri də elə müəyyənləşir.
        Bəzən çox qəşəng, səliqəli geyinmiş bir adam ağzını açanda dindirməyinə peşman olursan. Demək mədəniyyət, mədəni olmaq yaraşıqla və geyimlə ölçülmür. Bu davranış mədəniyyətdir. Hər kəsdə hələ kiçik yaşlarından aşılanmalı və gənc yaşlarından formalaşmalıdır.
        Mən həmyaşıdlarıma tövsiyə edərdim ki, mədəni olmağa çalışsınlar, özlərini harada və necə aparmağı bacarsınlar.
Top