Kitabxanalar dünya mədəniyyətində mühüm rol oynayır. Bütün dünya üzrə saysız hesabda kitabxanalar mövcuddur. Təbii ki, biz oxumaq istədiyimiz bütün kitabları almağa qadir deyilik. Hər hansı bir məruzəni hazırlamaq və yaxud hər hansı bir hadisəni təfsilatı ilə tədqiq etmək üçün yeganə çıxış yolu - kitabxanalara müraciət etməkdir.
        Kitabxanada çoxlu oxucu zalı, elmi və dövrü ədəbiyyat, incəsənət, xarici ədəbiyyat və s. sahələrdə tədqiqat aparmaq üçün müxtəlif şöbələr vardır.
        Mən bu şöbələrdə bir neçə dəfə olmuşam, lakin, əsasən mən kitabları evə götürürəm.
        Kitabxanadan istifadə etmək üçün istifadəçinin oxucu bileti olmalıdır. Bir çox insanlar kitabxanaya bazar günləri gedirlər.
        Mən kitab oxumağı xoşlayıram. Hansı kitablar mənim xoşuma gəlir? Mən bir tipli ədəbiyyatı uzun müddət oxumağı xoşlamıram. Mən, hekayəni romanlarla, romanları tarixi esselərlə, şeirləri pyeslərlə əvəzləməyə üstünlük verirəm.
        Mənim məktəbimdə balaca bir kitabxana var. Kitabxanamız pis deyil. Kitabxananın böyük və işıqlı otağı var. O, birinci mərtəbədə yerləşir, təmiz və rahatdır. Orada çoxlu kitab şkafları və rəfləri vardır. Kitabxanada macəra və tarixi ədəbiyyat, hekayə məcmuələrindən istifadə etmək olar. Iki nəfər diqqətli kitabxanaçı lazımi kitabı tapmağa köməklik edirlər.                 Şagirdlər kitabxanada kitab oxumaq, kitabları evə aparmaq, yeni qəzet və jurnalları nəzərdən keçirmək üçün ora gedirlər. Həmçinin, bir çox müəllimlər də kitabxanadan istifadə edirlər.
Top