Mənim sevimli kitabım Daniel Defonun yazdığı «Robinzon Kruzo»dur. Daniel Defo (1660-1731) realizmin böyük sənətkarı idi. Onun «Robinzon Kruzo» romanı 1719-cu ildə yazılmışdır. Roman - zəhmətkeş insan barəsindədir və insanın təbiət üzərində qələbəsinin bir tərənnümüdür. Defo öz qəhrəmanının inkişafını qələmə alır. Romanının əvvəlində biz təcrübəsiz bir cavanla tanış oluruq, kifayət qədər yelbeyin olan bu gənc roman boyu güclü iradəyə malik yetkin kişiyə çevrilir.
Robinzon Kruzonun ən müsbət xarakterik keyfiyyəti onun optimistliyidir. Onun həyatının başlıca prinsipi - «heç vaxt həlak olmaq haqda düşünməmək» və «fəlakət vaxtı təşvişə düşsən - sənin müsibətin ikiqat olar». O, özünə və insana inamlıdır. O inanır ki, çətinlikləri dəf etmək insan qüdrəti çərçivəsindədir. Kruzo entuziast - zəhmətkeş və həmişə yaxşılığa ümidvar olan bir personajdır.
Defo intibah dövrünün yazıçısı idi. O insanlara necə yaşamağı öyrədirdi, insanlara nəyin yaxşı və nəyin pis olduğunu öyrətməyə çalışırdı.
Onun «Robinzon Kruzo» romanı tək bədii əsər deyil, həmçinin, macəraların təsviri, bioqrafiya və ibrətamiz bir kitabdır. Sözügedən əsər, müəllifin tədqiqatı və böyük əməyinin məhsuludur. Burada, təbiətlə cəmiyyətin qarşılıqlı əlaqəsi və müəllifin əməyə və şəxsi mülkiyyətə münasibəti gözəl formada əks olunmuşdur.