Mənim məktəbim üçmərtəbəli binada yerləşir. O kifayət qədər böyükdür, onun arxasında idman meydançası, binanın içərisində isə hovuz var.
        Məktəbin birinci mərtəbəsində sinif otaqları, ibtidai siniflər üçün otaqlar, emalatxanalar və kitabxana vardır. Emalatxanada dəzgahlar və müxtəlif alətlər var. Hətta bizim məktəbin oğlanları üçün ağac üzərində işləmək üçün ayrıca kabinet ayrılmışdır. Həmçinin, qızlar üçün əl işləri görmək üçün kabinet vardır. Orada onlar yemək bişirmək, paltar tikmək bacarığına yiyələnirlər. Bizim məktəb kitabxanamız çox qəşəng və təmizdir. Iki nəfər kitabxanaçımız uşaqlara kitabları tapmaqda köməklik edirlər. Kitabxanada çoxlu kitab şkafları və rəflər vardır.         Əgər siz məktəbə daxil olarkən sağa dönsəniz, onda böyük işıqlı yeməkxana görərsiniz. Ora həmişə səs-küylü və adamla doludur, lakin buna baxmayaraq həmişə təmizdir. Burada şagirdlər və müəllimlər nahar edirlər.
        Yeməkxananın pəncərələrindən mavi pərdələr, divarlarda isə gözəl şəkillər asılmışdır.
        Həmçinin, məktəbin birinci mərtəbəsində idman zalı yerləşir. Bura şagirdlər hətta, dərsdən sonra belə gəlməyi xoşlayırlar, çünki burada çoxlu sayda idman inventarı var.
        Bizim məktəbdə çoxlu sinif otaqları var. Onlar işıqlı və genişdir. Hər bir otaqda üç pəncərə və pəncərənin altında bir gül dibçəyi var. Hər otaqda müəllim masası, partalar, lövhə, cədvəl, portret və divarlarda xəritə vardır.
        Bizim məktəbdə kimya, fızika, biologiya, tarix, coğrafiya, ingilis dili, rus dili kabinetləri vardır.
        Üçüncü mərtəbədə iclas zalı yerləşir. Orada çoxsaylı iclaslar, konsertlər və bayramlar keçirilir.
        Bizim sinif otağımız ikinci mərtəbədədir və onun pəncərələri məktəbin həyətinə baxır. Bizim sinif rəhbərimiz Azərbaycan dili və ədəbiyyat müəlliməsidir. Biz ona çox hörmət edirik, o çox xoşxasiyyət və öz fənnini yaxşı bilən müəllimədir. O bizə Azərbaycan dilini tədris edir, dərsləri o qədər şövqlə keçir ki, bu fənni sevməmək mümkün deyil.
        Mən öz məktəbim haqqında düşündükdə, onun partaları və divarları haqda deyil, mənim müəllimlərim və sinif yoldaşlarım haqqında düşünürəm. Onlar həmişə mənimlə olacaqlar. Mən, bizim üçün çəkdikləri zəhmətə görə öz müəllimlərimə daim minnətdaram.
Top