Bizim ev trolleybus dayanacağının yaxınlığında yerləşir. Biz panel evin dördüncü mərtəbəsində yaşayırıq. Bizim evdə bütün müasir rahatçılıqlar vardır: mərkəzi isitmə sistemi, elektrik enerjisi, qaz, telefon, isti və soyuq su, lift və zibil borusu. Bizim mənzil üç otaqdan, mətbəxdən, vanna otağından və dəhlizdən ibarətdir.
Mənzildə güzgüsü və balaca masanın üzərində telefonu olan balaca xoll vardır.
Bizim mənzil qonaq otağından, yataq otağından və mənim otağımdan ibarətdir. Otaqlarda döşəmə parketdir, mətbəxdə isə döşəməyə linolium salınmışdır. Qonaq otağında qalın bir xalça sərilmişdir. Bütün otaqların divarlarına müxtəlif rəngli və şəkilli otaq kağızları çəkilmişdir.
Qonaq otağı mənzilin ən geniş və ən rahat otağıdır. Bu, böyük eyvanları olan bir otaqdır. Otağın mərkəzində bir masa var və onun ətrafına stullar düzülmüşdür. Otaqda divan, iki kreslo və sol tərəfdə altlıq üzərində qoyulmuş televizor vardır. Otağın sağ tərəfində şkaf və onun yanında isə kitab rəfi yerləşdirilmişdir.
Mənzildə ən çox xoşladığım otaq mənim öz otağımdır. Orada çarpayı, yazı masası və kreslo var. Sağ güncdə kitab, jurnal və qəzetlə dolu etajer yerləşdirilmişdir.
Mətbəx çox xudmani qurulmuşdur: burada qaz plitəsi, soyuducu, dərin çanaq, qurulma şkaflar və lazım gəldikdə açılıb-bağlanan masa var.
Bizim mənzil mənim çox xoşuma gəlir.