İş günləri mənim iş günüm səhər tezdən başlayır. Məktəbdə dərslər saat səkkizdə başladığından, gərək mən saat yeddidə yatağımdan qalxım ki, vaxtında dərsdə hazır olum. Mən heç vaxt özüm oyanmıram, məni həmişə anam oyadır.
        Bəzən mən səhər gimnastikası edirəm və sonra isə vanna otağına yüyürürəm. Mən dişlərimi təmizləyib, əl-üzümü yuyuram. Soyuq suyun təsirindən mən özümü elə də yuxulu hiss etmirəm. Sonra öz otağıma qayıdıb çarpayımı sahmana salıram. Radionu qoşuram, geyinib saçımı darıyıram. Bu vaxta qədər anam mənim səhər yeməyimi hazırlayır.
        Səkkizə on beş dəqiqə qalmış mən çantamı götürüb məktəbə gedirəm. Dərslər saat səkkizdə başlayır və mən gecikməyi xoşlamıram.
        Adətən, bizim bir gündə altı dərsimiz olur və saat birdə dərslər başa çatır. Hər dərsdən sonra tənəffüs olur və bu zaman dostlarımla söhbət etmək imkanı qazanıram və ya buterbrod yeyirəm. Dərslər qurtardıqdan sonra mən evə yollanıram. Evə qayıtdıqdan dərhal sonra mən gəzintiyə çıxıram. Sonra mən nahar edir və bir balaca istirahət edirəm.
        Müəllimlər bizə çoxlu ev tapşırıqları verdiyindən, mən dərslərimi saat 16.30-dan və ya 17.00-dan yerinə yetirməyə başlayıram. Adətən, ev tapşırıqlarının yerinə yetirilməsinə mənim iki-üç saat vaxtım gedir.
        Mənim valideyinlərim saat altı radələrində işdən evə qayıdırlar. Biz bir yerdə axşam yeməyi yeyirik və bir yerdə televizora tamaşa edirik. Sonra bir-birimizlə söhbət edirik, yeni xəbərlərlə bölüşürük, mən dərslərim və məktəb haqqında onlara danışıram.
        Bundan sonra mən ev işlərində anama kömək edirəm: qabları yuyuram, döşəməni süpürürəm, evi sahmana salıram.
        Mən həftədə iki dəfə axşamlar tennis oynayıram. Tennis oynamağa getmədiyim günlər mən evdə qalıram və televizora baxıram, musiqiyə qulaq asıram və ya kitab oxuyuram.               Bəzən dostlarım mənə zəng edir və biz gəzməyə gedirik.
        Axşam saat on birdə, uzun iş günündən sonra mən çarpayıya uzanaraq yuxuya gedirəm.
Top