Asudə vaxt yarandıqda insana elə bir şey tələb olunur ki, onu maraqlandırsın və əyləndirsin. Bunun bir neçə üsulu var. Əgər biz hansısa bir yerə getmək istəsək, bunun üçün yerlər çoxdur: teatrlar, kinoteatrlar və klublar. Musiqi ilə maraqlananlar musiqi dərnəklərinə gedirlər və orada müxtəlif alətlərdə ifa etməyi öyrənirlər. Idmansevərlər müxtəlif növ idman seksiyalarına gedib tennis, basketbol, futbol, şahmat və s. idman növləri ilə məşğul ola bilərlər.
Əlbəttə ki, radio və televiziyadan hamı istifadə edir. Onlar radionu və ya televizoru qoşaraq sevdikləri kanalı seçirlər. Idmanla maraqlananlar futbol və ya basketbol yarışlarına qulaq asırlar və ya tamaşa edirlər. Bir çox insanlar gimnastika və üzgüçülük yarışlanna baxmağı xoşlayırlar. Bəziləri musiqini xoşlayırlar. Onlar müasir dövrdə və əwəllər ifa olunan konsertlərə baxırlar. Televiziyanın köməyi ilə bizim dünyanın o başındakı hansısa adada oluruq, balıqları və həşəratları, gölləri, çayları və dənizləri seyr edirik. Bizə müxtəlif ölkələri, şəhərləri, kəndləri və orada yaşayan insanları göstərirlər. Hətta televizorda Ayın hər iki tərəfini seyr etmək mümkündür. Radio və televiziya bizim dünya haqqında bilgilərimizi genişləndirir. Bütün bunlara biz evdən bayıra çıxmadan baxa bilirik. Buna görə də mən belə düşünürəm ki, asudə vaxtı keçirmək üçün müxtəlif maraqlı və əyləncəli üsullar var.