Biz üç otaqlı mənzildə yaşayırıq. Bizim mənzildə mənim ən xoşladığım otaq - mənim otağımdır. Mən öz otağımdan dərslərimi etmək üçün və yataq kimi istifadə edirəm. O rahat və xudmanidir.
        Mənim otağımda çox mebel yoxdur, yalnız lazım olan ev əşyaları vardır. Divarlarda qurulmuş mebel elə də yer tutmur.
        Solda mənim çarpayım və yazı masam durmuşdur. Stolun çoxlu siyirmələri var, mən onlarda kitab-dəftərlərimi, qələmlərimi, karandaşlarımı və digər lazımi əşyalarımı saxlayıram.
        ​Sağdan divan və qurulma şkaf yerləşmişdir. Sağ güncdə rahat kreslolar qoyulmuşdur. Onların yanında mavi abajurlu lampa dayanıb.

        Mən lampanı yandıraraq, kresloda əyləşib maraqlı kitab oxumağı çox xoşlayıram.
        Mənim otağımda bir neçə kitab rəfi vardır. Bu rəflərdə Azərbaycan və ingilis dillərində kitablar görmək olar. Döşəmədə böyük qalın xalça salınmışdır. Divarda mənim sevdiyim bir neçə kino qəhrəmanının şəkilləri asılmışdır.
        Bu otaq mənim çox xoşuma gəlir.
        Dostlarım məni görməyə gəldikdə, mən hökmən bu otağı onlara göstərirəm.
        Mənim otağım iş və istirahət üçün çox yaxşı yerdir.
Top