Ağcaqayınlar tünd qırmızı rəngə boyanmışlar. Onlar meşə kənarında, sanki oktyabrın gəlişi ilə əlaqədar düşüncəli halda durmuşlar. Bəzən də kəsmə yarpaqları sakitcə yerə tökürlər. Birdən əsən külək, qəmgin aycaqayınlardan payızın rəngini sovuraraq aparır.
Yaşıl şam ağacları arasında qızılı tozağacları necə də incə görsənir. Onlar budaqlarını aşağı salaraq soyuqların yaxınlaşmasından qəmginlənirlər. Böyük pəhləvanlara bənzəyən sarı-yaşıl palıd ağacları budaqlarını geniş şəkildə açaraq əzəmətli duruş almışlar.
Göyün yüksəkliyində durnalar gur səslə qaqqıldaşırlar. Onlar dəstə ilə qatar-qatar cənuba doğru uçmağa hazırlaşırlar. Haradasa yüksəkliklərdə vəhşi qazlar səsləşirlər. Doğma diyarda yavaş-yavaş soyuqlar düşdüyündən, onlar istilərə, cənuba doğru hərəkət etmək məcburiyyətindədirlər. Ətrafda yalnız cingiltili səsli sərçələr uçur, çünki onların tələsməyə yerləri yoxdur.