Nəhayət ki, mən səndən məktub aldım və öyrəndim ki, sən tətillərini harada keçirirsən.
        Mən də çox oxuyuram. Son dəfə oxuduğum kitab sənin mənə məsləhət gördüyün kitabdır - Valter Skottun «Ayvenqo» əsəridir. Sən məndən xahiş edirsən mən yazım ki, əsər mənim xoşuma gəldi, ya yox.
        Xoşuma gəldi də sözdür?! Roman məni heyran və valeh etdi. Mənə elə gəlir ki, bu əsərin mahiyyəti ondan ibarətdir ki, hətta ən adi bir insan cəngavər ola bilər. Bunun üçün onun istəyi, inadkarlığı, mübarizliyi və əlbəttə ki, silahdan istifadə etmək bacarığı olmalıdır.
        Ayvenqonun isə cəngavərlik üçün əsas cəhətləri var - mərhəmət, alicənablıq və təmənnasızlıq.
        Bilirsən, mən artıq neçə gündür ki, bu romanın təsiri altında gəzirəm, buna görə də bu gün başqa bir şey haqqında yazmaq istəmirəm. Zəhmət olmasa mənə yaz, görüm sən də mənim bu fikrimlə razısanmı, yoxsa başqa cür düşünürsən. Sənin cavabını gözləyirəm.
        Hörmətlə, Elnur.
Top