Bizim hamımızın həyata gəlməyimizin, bilavasitə səbəbkarı valideynlərimizdir. Valideynlər övladı müxtəlif səbəblərdən dünyaya gətirmək istəyir: bəziləri bunda öz qocalıqlarında dayaq və qayğı yeri, bəziləri isə həyatlarının məqsədini görürlər.
        Antuan de Sent-Ekzuperi yazırdı: «Belə bir möhkəm qayda var: səhər durdun, əl-üzünü yudun, özünü sahmana saldın, - elə həmən öz planetini də sahmana sal». Mənə elə gəlir ki, o, tamamilə haqlı idi. Bizlərdən hər birimiz gərək ilk olaraq təhsil alsın və hər hansı sənətə yiyələnsin, sonra isə başqaları üçün, bizim dünya üçün bir şey etməyə cəhd etsin. Lakin, heç olmasa nəsə bir şey etmək olar ki, insanlara sevinc gətirsin və onları bir balaca səadətli etsin. Bəs necə? Bu, bizim hər birimizdən asılıdır.
        Mən müəllim olmaq istərdim. Həyatımın hazırkı mərhələsində bu mənim məqsədimi təşkil edir. Uşaqlara nələrisə tədris etmək, həyat yolunda lazım ola biləcək insani xüsusiyyətləri onlarda cilvələndirmək çox gözəl bir işdir. Çünki, uşaqlar bizim millətin və dövlətin gələcəyidir. Nəsillər arasında əlaqə kəsildikdə həmin cəmiyyət tənəzzülə uğrayır.
        Mən əlimdən gələn hər bir şey edirəm ki, insanlar bir balaca mərhəmətli və bir-birinə qarşı dözümlü olsunlar.
        Bircə həyatın məqsədini dərk etmək lazımdır. O, hər birimizdə fərqlidir. Əsas odur ki, insan sevimli bir işlə məşğul olsun və öz işində professional olaraq əməlləri ilə ətrafdakı insanlara sevinc bəxş etsin.
Top