Tətil vaxtı mən babamın yaşadığı kənddə istirahət edirdim. Bir dəfə biz dostlarımızla birgə meşədə gəzişərkən mən meşənin kənarında balaca tülkü balası tapdım. O çox məzəli idi. Onun yumşaq, tüklü quyruğu və şəklənmiş qulaqları vardı.
        Zeynəb titrəyən balanı əlinə götürüb tumarladı və o pişik balası kimi əsnədi.
        Evdə tülkü balası pəncələrini tez-tez ataraq güncdə özünə yer elədi. Nəlbəkidə süd gətirdilər və onu tülkü balasına tərəf çəkdilər. O əvvəl ehtiyatla onu iylədi, sonra kürəyini düzəldərək südün qarşısını bağladı. O həyəcanla bizə baxırdı, sanki ehtiyat edirdi ki, kimsə onun südünə toxuna bilər.
        O tamaşa edənlərə təkrar çəp-çəp baxdıqdan sonra nəlbəkidən südü içməyə başladı. Onun uzun və iti dili, dilinin ucunda isə qəribə bir qırmaqcıq var idi.
        O, südü pişik balası kimi səliqəli, it balası kimi tələsik içirdi.
        Görünür tülkü balası çox acımış idi, buna görə də südü içdikdən sonra, sanki üzündə təbəssüm yarandı, şirin-şirin gözlərini qıymağa başladı.
        Meşədən gətirdiyimiz qonağımız balaca idi, təqribən pişik boyda idi. Pəncələri qüvvətli görsənsə də, bədəni zəif və balaca idi.
        Böyük başı və iti burnu, düyməyə oxşar yumru və şıltaq gözləri, burnunun uc hissəsinin hərəkətli olması tülkü balasını çox gülməli edirdi.
        Onun dərisi qara ayrılmalarla boz-sarı rəngdə, boynu, yanaqları və qarnı ağ rəngdə idi.
        Tülkü balası bizim evdə səhərə kimi qaldı və bütün gecəni zingildəyirdi, yəqin ki, anasını axtarırdı. Səhər o qəmli idi və biz qərara gəldik ki, onu haradan götürmüşüksə, elə oraya da aparaq.
        Balaca meşə dostu ilə bu maraqlı görüşü xatırlamaq mənə xoş təsir bağışlayır.
Top