Bir dəfə yay günlərinin birində biz ailəliklə balıq tutmağa getdik. Biz atamla lazımi ləvazimatları yerbəyer etdiyimiz vaxtda, anam yaxınlıqda çörçöp yığmaqla məşğul idi. Atam tilovu qurdu, biz isə anamla ocağı qaladıq.
        Şəfəq artıq geri çəkilərək özü ilə dumanları apardı. Üzgəclər sakitcə su üzərində asta-asta yırğalanır və balığın tilova gəlməyi barədə heç bir əsər göstərmirdi. Mən darıxdım və ocağa tərəf getdim. Anam sahildə oturaraq su üzərindəki işıq ləkələrini seyr edirdi, atam isə vaxtaşırı tilovları yoxlayır və bizə zarafatca «bəxtsiz balıqçılar» deyirdi. Anam atamdan tilovları ona verməyi xahiş etdi, aldı və qarmaqlara yem qoyub suya atdı. Heç bir dəqiqə keçmədi ki, üzgəc atılmağa başladı, biz anama tərəf yüyürdük və ona balığı tutmaqla bağlı məsləhətlər verdik. Anam elə də böyük olmayan bir dabanbalığı tutdu, balıq quyruğunu sürətlə yelləyərək suya qayıtmağa can atırdı. Atam bir az fikirləşdi və anama bütün qarmaqlara yem qoymağı təklif etdi. Elə bu andan əsl balıq ovu başladı.
        Axşam, biz ocaq üstündə bişirilmiş əsl balıq şorbası yeyirdik və atam dedi ki, artıq bundan sonra anamsız heç vaxt balıq tutmağa getməyəcək. Çünki əvvəllər də eşitmişdi ki, qadınlar - uğurlu balıqçıdırlar və bu gün o, özü buna əmin oldu.
Top