Bu gün səhərdən lopa-lopa qar yağmağa başladı. Bu günə kimi göydən sərt dənə-dənə qar yağırdı, hava soyuq və narahat idi. Bu gün isə quşbaşı qar yağdı. O, yaraşıqlı və ürəkaçandır, dərhal həyətin eyiblərini qarla örtərək şən əhvali-ruhiyyə yaratdı. Şaxtalı havada, qar dənəcikləri sanki fikirli halda aşağı enir. Ağaclar qarın qarşısına öz qol-budaqları ilə çıxırlar, bir xeyli yığdıqdan sonra ağır surətdə budaqlarını yerə sallayırlar.
        Bizim məhəllənin ətrafındakı həyətlər çox ciddi və əzəmətli forma aldılar, qış elə bil ki, məhəllələri bir ağ geyimə bürüdü, hətta binanın girişlərini və pəncərələrini də belə yaddan çıxartmadı. Qar yağdığından gecə daha işıqlı və parlaq görsənirdi.
        Küçənin girişindəki fənərlər incimiş və bəsirətsiz bir halda durmuşlar, qar onların gözlərini tutmuşdur. Qonşu binadan bir rotveller bayıra cumaraq dayandı və çaşmış halda sağa-sola baxdı, həyəti gəzişməyə başladı. Həmin an, itin yiyəsi həyətə çıxdı və dayanaraq qara baxaraq dedi:
        - Salam sənə olsun, ey qar!
Top