Yayda çiçək ləklərində bir dəniz qədər güllər olur... Payızda isə itburnu, yemişan, zirincin yetişmiş giləmeyvələri göz oxşayır, küknarlar və şam ağacları yaşıllaşır. Yol boyunca qovaq ağacları ucalır. Bir çox evlər hündür ağaclar, gümüşü küknarlar və kolluqla əhatələnmişdir. Nə gözəl olardı ki, bu təbiət gözəlliyi daimi olsun!
        Elə indicə mən Rey Bredberinin «Şimşək çaxdı» hekayəsini oxudum. Oxudum və dərin fikrə getdim ...
        Hekayənin qəhrəmanları müasir texnikanın nailiyyətlərindən olan zaman maşını ilə qədim zamanlara səyahətə gedirlər. Belə yer və vaxt dəyişməsinin vacib şərtlərindən biri - qəti surətdə heç nəyə toxunmamaq, bir şeyi dəyişməmək, heç bir şeyə əl vurmamaqdır. Personajlardan biri zahirən çox kiçik və əhəmiyyətsiz bir iş görür: kəpənəyi tapdalayır və kəpənək ölür. Zahirən dünya aləmində bir dəyişiklik baş vermir və həyat davam edir. Lakin onlar evə, yəni bizim zamana qayıtdıqdan sonra, səyahətçilər dünyanı tamamilə başqa cür, əvvəlkinə bənzəməyən halda görürlər, belə ki, - «şimşək çaxdı».
        Fantastika? Gözəl ədəbi alleqoriya? Yox və yenə də, yox. Bizim mürəkkəb dünyamızda hər bir şey digəri ilə qarşılıqlı əlaqəlidir, təbiət çox zərifdir. Heyvanlara və bitki aləminə edilən kobud və düşünülməmiş münasibətin nəticəsi fəlakətli ola bilər. Axı, bizim bir dənə planetimiz var. Bütün Yer əhalisi üçün bir planet. Başqası da olmayacaq. Elə buna görə də kəpənəkləri tapdalamaq olmaz. Ekoloji vəziyyət getdikcə pisləşir və bu da bütün canlı aləm üçün təhlükə yaradır.
        Hər il bizim planetdə iki tarix xüsusi olaraq qeyd edilir: Yer kürəsi günü və ətraf mühitin qorunması günü. İnsanlar bu günü ekoloji problemlər haqqında danışırlar («Ətraf təbiət azaldıqca, ətraf mühit çoxalır»). Bütün millətlərin ekoloji bu günü və sabahı eynidir. Möhkəmlənməmiş ağacın sınması, tapdanmış güllər, öldürülmüş qurbağa, səpələnmiş zibillər, neft kəmərlərindən sızmalar, qazın sızması, sənaye tullantıları, içdiyimiz çirkli su, nəfəs aldığımız çirkli hava - bütün bunlar gözə görünən xırdaçılıqlardır. Son otuz-qırx ildə bizim planetdə bir çox heyvan və bitki növü məhv edilmişdir. Zəhərli yağışlar torpağı və tropik meşələri yararsız hala salır, təbiətin «ciyərləri» dəqiqədə 20 hektar sürətilə qırılmaqdadır, su hövzələri çirkləndirilir, qoruyucu azon qatı artıq yırtılmışdır. Ekoloji problemlərdən əmələ gələn xəstəliklər hər il yüz minlərlə insanın həyatına son qoyur. Hər bir dövlət, Yer kürəsinin hər bir sakini, indiki və gələcək nəsil üçün, təbiətin qorunmasına görə bütün bəşəriyyət qarşısında məsuliyyət daşıyır.
        Dünya əsrarəngiz və sirlidir... Məsələn bizim mənzildə Qumru adında bir tısbağa yaşayır. Onun artıq dörd yaşı var. Biz onu bazardan almışdıq. Onun möhkəm zirehi var, zirehin kürək tərəfi eninə qabırğalarla artmış, qarın hissəsi isə sinə ilə birləşir. Zireh tısbağanın hər yerini etibarlı surətdə qoruyur. Ona toxunduqda, dərhal başını, pəncələrini və quyruğunu zirehin içərisində gizlədir.
        Tısbağanın pəncələrinin və başının çöl hissələri bərk təbəqə ilə etibarlı surətdə qorunmuşdur. O gəzdikdə onun zirehinin səsi gəlirdi. Hərəkətləri ağır-ağırdır.
        Bizim tısbağa üzə bilmir. Lakin, mən «Məktəbdə diri heyvanlar» kitabından oxumuşam ki, bataqlıq tısbağaları, ayaqlarının dördünü də işlədərək suda üzürlər. Bir təhlükə hiss etdikdə tısbağa başını, pəncələrini və quyruğunu zirehin dərinliklərinə doğru gizlədir. O böyük həvəslə zəncirotunun yarpaqları ilə, kələmlə və «Gəlin» gülü ilə qidalanır. Yüngül çəkili tısbağalar böyük həcmləri ilə seçilirlər. Biz öz möcüzəli tısbağamızı çox sevirik. Hal-hazırda o şifonerin altında qutunun içində yatmışdır.
        Bu gün dünyada iki yüz növ tısbağa mövcuddur, onların çoxusu tropik ölkələrdə rast gəlinir. Hind və Sakit okeanın bəzi adalarında nəhəng tısbağalar yaşayırlar. Onların çəkisi üç yüz kiloqrama çatır. Bataqlıqlarda və göllərdə bataqlıq tısbağaları yaşayır və müxtəlif su heyvanları ilə qidalanır. Məktəbdə yaradılan canlı təbiət güşəsində isə, şagirdlər tısbağaları şirəli otlar, doğranmış kələm, yerkökü, çuğundur, qarpız və yemişlə yemləyirlər. Dünyada nə qədər tısbağa qalmışdır? «Daşqın» rəsm əsərini yaratmış rəssam-animalist A.N.Komarovun dediyi sözləri mən hamıya çatdırmaq istəyirəm: «Tısbağaları, mən sevdiyim qədər sevin, onlar Yer üzünün, brilliant tək zinətidir».
        Antuan de-Sent-Ekzüperinin məşhur povestindən bir parçanı xatırlayaq: Balaca şahzadə coğrafiyaçıdan soruşdu: «Mənə hara səfər etməyi məsləhət edərdiniz?» «Yer kürəsi planetinə səfər edin, - deyə coğrafiyaçı cavab verdi. - Onun reputasiyası pis deyil».
        Yer kürəsi - insanlar planeti dərəcəsindən aşağı olmayaraq, həm də heyvanlar və bitkilər planetidir. Və bir daha qabaqcadan xəbərdarlıq etmək istəyirəm: «Ey insanlar! Planetimizdəki hər bircanlını qoruyun!».
Top