Yay - ilin ən gözəl çağıdır. Bu fəsil istilik və işıqlıq mövsümüdür. Yayın günləri uzun, gecələri isə qısadır. Yay istisinə tək uşaqlar və böyüklər deyil, həmçinin bitkilər və heyvanlar da şadlanır. Yay əlvan rənglərlə və güllərlə bol olan bir fəsildir. Hər yerdə yaşıl ağaclar şaxələnir, cürbəcür güllər çiçəklənir, quşlar oxuyur, müxtəlif cür giləmeyvə və meyvələr yetişir. İnsanlar açıq rəngli paltarlar geyinir və bu da gözləri şad edir.
Yay - ilin ən sevimli fəslidir. Niyə? Çünki bu fəsil yay tətillərinə təsadüf edir, düz üç aylıq tətilə! Bu ən uzunmüddətli məktəb tətilidir. Məhz buna görə də mən yayı sevirəm. Yayı səbirsizliklə gözəyirsən. Uzun sürən dərs məşğələlərindən və imtahanlardan sonra rahat istirahət etmək olar.
Yay istirahəti müxtəlifdir... Qızmar günəşin şualarından qorunaraq meşəyə səyahətə, istirahətə getmək olar. Sərinlikdən və yaşıl yarpaqların xışıltısından həzz almaq necə də gözəldir! Gülləri və giləmeyvələri dərmək olar. Meşədə axan çayda balıq tutmağın öz ayrı ləzzəti var. Quşların həzin səsi istirahət edənlərin ruhlarını sakitləşdirir. Elə meşənin içindəcə çadır quraraq, orada istirahət dövründə sakin olmaq olar. Axşamlar isə tonqal yanında aparılan gecə söhbətləri sonralar adamın yadına tez-tez düşür. Dəniz sahilində edilən istirahət daha maraqlıdır. Bəziləri dəniz kruizlərinə səfər edərək, gəmidə və ya teploxodda dəniz havasını duymaqdan ləzzət alırlar. Mənim isə çimərlik xoşuma gəlir. Mən su üzərində və sualtı üzməyi, suda voleybol oynamağı bacarıram. Qızmar qumda gün vannası almaq çox gözəldir. Çimərlik gecə də gözəl olur! Amma adam az olanda. Sakitlik, təmiz dəniz havası, suda əks olunan ay və ulduzlar, isti yay günündən sonra sərinlik və təravət xüsusi ecazkarlıq bəxş edir. Bu sadəcə bir romantikadır.
Mən çox istərdim ki, yay bütün il boyu uzansın. Lakin bu mümkün olmadığından, hal-hazırki gözəl dəqiqələrdən: qızmar günəşdən, təbiətdən və istirahətdən həzz alıram.